Gəncə şəhər Heydər Əliyev Mərkəzində geniş anım tədbiri keçirilib
Gəncə şəhər Nizami bələdiyyəsi tərəfindən bu gün Ümummilli
Lider Heydər Əliyevin anadan olmasının 103-cü il dönümü münasibəti ilə Gəncə şəhər
Heydər Əliyev Mərkəzində geniş anım tədbiri keçirilib.
Tədbirdə bələdiyyə üzvləri və əməkdaşları iştirak edərək Ulu
Öndərin abidəsi önünə gül dəstələri qoyublar, onun əziz xatirəsini dərin hörmət
və ehtiramla yad ediblər.
Daha sonra mərkəzdə Heydər Əliyevin həyat və fəaliyyətinə həsr
olunmuş videoçarx nümayiş olunub. İştirakçılara dahi şəxsiyyətin Azərbaycan
dövlətçiliyinin qurulması və möhkəmləndirilməsi istiqamətində göstərdiyi
misilsiz xidmətlər barədə geniş məlumat verilib.
Tədbir çərçivəsində Nizami bələdiyyəsinin sədri Qoşqar Məmmədov
çıxış edərək Ulu Öndərin zəngin siyasi irsindən, xalqına olan sonsuz sevgisindən
və dövlətçiliyimizin inkişafındakı əvəzsiz rolundan bəhs edib. Sonda sədr bildirib ki, bu əziz gündə Ulu Öndərin
xatirəsini dərin hörmət və ehtiramla yad edirik. Onun qoyub getdiyi zəngin
miras müstəqil Azərbaycan dövləti əbədi yaşayacaqdır.
Çıxış edən digər natiqlər Ulu Öndərin həyat yolunun hər bir
Azərbaycan vətəndaşı üçün örnək olduğunu vurğuladılar. Qeyd olundu ki, onun
xatirəsi daim uca tutulur və gələcək nəsillərə ötürülür.
Gəncə şəhər Nizami bələdiyyəsi olaraq Ümummilli Lİderin əziz
xatirəsi hər zaman ehtiramla anılır və onun irsinə sadiqlik bundan sonra da
davam etdiriləcəkdir.
Rəylər
0 Rəy