Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

09-05-2026 , 23:40

26

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gəncə
- +

Gəncədə Ulu Öndərin əziz xatirəsi ehtiramla yad olunub

 Gəncə şəhər Nizami Bələdiyyəsi tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə İmamzadə Türbəsi ziyarətgahında, ziyarətə gələn vətəndaşlar üçün ehsan süfrəsi təşkil olunub.

Tədbirdə Ulu Öndərin əziz xatirəsi ehtiramla yad olunub, Onun Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və xalqın rifahı naminə gördüyü misilsiz xidmətlərindən bəhs edilib.

Ehsan süfrəsində dualar oxunub, Ölkəmizin firavanlığı,  xalqımızın birliyi və dövlətimizin daim güclü olması arzulanıb.Tədbir milli-mənəvi dəyərlərimizin yaşadılması və həmrəyliyin təbliği baxımından xüsusi əhəmiyyət daşıyıb.

Gəncə şəhəri, Nizami bələdiyyəsi 


Rəylər

0 Rəy


Rəy yaz