Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

03-11-2025 , 23:31

1107

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Bu rayon icra hakimiyyətində diqqəti çəkən ən maraqlı məqam...

Bu gün ştat üzrə 31 nəfərin çalışmalı olduğu Xızı RİH-də hazırda yeddi vəzifə vakant kimi RİH -in internet resursunda qeyd  olunub. Bu sıraya  RİHB-nın müavini-İctimai-siyasi və humanitar məsələlər  şöbəsinin müdiri, başçının köməkçisi, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri,  hüquq şöbəsinin şöbə müdiri və şöbənin məsləhətçisi,  memarlıq və tikinti şöbəsinin şöbə müdiri və  aparıcı məsləhətçi (mühəndis) vəzifələri boşdur.

Təsəvvür edin ki, RİH-in əsas şöbəsi hesab olunan iki şöbəsində - hüquq və təsərrüfat şöbəsində  ümumiyyətlə heç kim çalışmır.

Belə başa düşmək olar ki, siyasi rəhbərdən başqa 23 nəfər 31 nəfərin işini yerinə yetirir. Maraqlıdır, belə olan halda hansı iş keyfiyyətindən danışmaq olar. Ən maraqlı məqam isə yeddi dövlət qulluqçusunun hansı səbəbdən işdən ayrılmalarıdır. Uzun müddət bir vəzifənin də boş saxlanılması hər halda yaxşı hal deyil. Nə isə...

Əlavə edək ki, Xəzər Aslanov 06 iyun 1970-ci ildə anadan olub.  20 ildən artıqdır ki, icra strukturlarında, gələn ilin oktyabrında isə başçı kimi fəaliyyətinin qismət olsa 20 ili  tamam olacaq.

Belə ki, Xəzər Aslanov  25.06.2005-ci ildən dövlət qulluqğundadır. 17.04.2006-cı ilədək Xanlar Rayon İcra Hakimiyyəti Başçısının sosial-iqtisadi məsələlər üzrə müavini, 17.04.2006-cı ildən 10.10.2006-cı ilədək Xanlar rayon İcra Hakimiyyəti Başçısının birinci müavini vəzifəsində, 10.10.2006-cı ildən isə 10.04.2012-ci ilədək Yardımlı rayon İcra Hakimiyyəti Başçısı vəzifəsində işləmişdir. 10 aprel 2012-ci il tarixdən Xızı rayon İcra Hakimiyyəti Başçısı vəzifəsinə təyin edilib.

Maraqlıdır ki, RİH -in saytında paylaşılan tərcümeyi halında siyasi rəhbərin təhsili barədə hər hansı məlumat paylaşılmayıb.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Müsabiqəyə yekun vurulub, qaliblər də məlumdur

Gündəlik Xəbərlər
15-12-2025
752

İdarətemədə isalahatlar nəyi dəyişəcək? 

Gündəlik Xəbərlər
14-12-2025
822

Ədliyyə naziri Bərdə şəhərində qəbul keçirib

Gündəlik Xəbərlər
08-12-2025
729

Konfransda bələdiyyə  təmsilçiləri də iştirak edib

Gündəlik Xəbərlər
01-12-2025
901

Onlar Assosiasiyanın idarə heyətinə üzv seçiliblər


Gündəlik Xəbərlər
15-11-2025
1199

 Prezidentin məmurlardan əsas tələbləri

Gündəlik Xəbərlər
13-11-2025
1104