Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

15-11-2025 , 19:25

667

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Bütün hallarda tədbir yüksək təşkilatçılığı seçildi

Dünən dəvət edildiyim Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının hesabat yığıncağında iştirak etdim. Tədbirdə 74 şəhər bələdiyyəsinin sədrləri iştirak edirdi. Bununla yanaşı ümumi yığıncağın işində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdir müavini İbrahim Mustafayevin, Adminstrasiyanın sektor müdiri Fərid Əliyevin və Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Baş idarəsini rəisi Elmin Həsənovun iştirakı tədbirin çəkisini bir qədərdə artımış oldu.
Assosiasiya sədri Təmraz Tağıyevin və nəzarət - təftiş komissiyasının sədri Vüqar Quliyevin məruzələri və məruzə ətrafında çıxış edən natiqlərin bir çox vacib məqamlara toxunması diqqətimdən qacmadı. Bütün hallarda şəhər bələdiyyələrinin fəaliyyətində ciddi irəliləyişlərin olduğu qeyd edildi.
Adminstrasiyanın sektor müdiri Fərid Əliyevin və Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Baş idarəsinin rəisi Elmin Həsənovun proqram xarakterli çıxışları bütün hallarda bələdiyyələrin fəaliyyətinə, habelə bu qurumların üzləşdikləri çətinliklərin aradan qaldırlmasına öz töhfəsini verəcəyinə qəti əminəm. Çünki hər iki natiqin məruzə ilə bağlı, habelə bələdiyyələrin inkişafına söykənən məsələlərə "sinədəftər" söylədikləri fikirlər hər bir bələdiyyə sədri üçün strateji yol xəritəsini müəyyən etmiş oldu.
Sonda Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdir müavini İbrahim Mustafayevin tövsiyəsi bələdiyyənin fəaliyyətinin dövlətin daim diqqət mərkəzində olduğundan xəbər verirdi.
Hesabat yığıncağı həm də bir sıra ciddi qərarların qəbulu ilə də yadda qaldı. Bütün hallarda tədbir yüksək təşkilatçılığı seçildi.
Odur ki, tədbir təşkilatçılarına təşəkkürümü bildirməyi özümə borc bildim
Vüqar Tofiqli

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Ağdaşdan "bir fırtına" keçdi...


Gündəlik Xəbərlər
29-08-2025
1087

Özünüzü yığışdırın, ayıbdır!!! CİDDİ

Gündəlik Xəbərlər
26-08-2025
1425

RİH-lərin ləğvi zəruriətə çevrilsə də...

Gündəlik Xəbərlər
18-08-2025
1824