Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

02-02-2026 , 19:24

491

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Suleyman Mikayılovu bu şəxs əvəz edəcək

Qaradağ RİH-in başçısı səlahiyyətini  müvəqqəti icra etmək  RİH başçısının birinci müavini Emil İlqar oğlu Abbasova həvalə edilib.  Bu barədə məlumatı Qaradağ RİH-ə yaxın mənbə bildirib. Emil Abbasov uzun illərdir ki, icra strukturu sistemində çalışır.

Qeyd edək ki,  4 mart 2010-cu il tarixli Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Süleyman Mikayılov  ölkə başçısının digər bir Sərəncamı ilə 30 yanvar 2026-cı ildə tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, bir müddət əvvəl prokurorluq Qaradağ Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Əməliyyat nəticəsində icra başçısının yaxın kadrlarından biri-müavini Nadir Muradov və digər vəzifəli şəxslər həbs edilib. Onlar külli miqdarda rüşvət almaqda ittiham olunurlar.

Son məlumatlara görə Süleyman Mikayılovun vəzifədən azad edilməsində də həmin əməliyyat mühüm rol oynayıb. İddia olunur ki, həbs edilən məmurlar ifadələrində qanun pozuntuları ilə bağlı icra başçısının adını çəkiblər.

Xatırladaq ki, Süleyman Mikayılov 2005-ci ildə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı, 2005–2010-cu illərdə isə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

Hazırda Qaradağ RİH-də altı məsul vəzifə vakantdır: iki müavin: Başçının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri, Başçının müavini – Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri, iki sektor müdiri: ictimai-siyasi və humanitar məsələlər sektorun müdiri,  Memarlıq-tikinti məsələləri sektoru müdiri və Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Müsabiqəyə yekun vurulub, qaliblər də məlumdur

Gündəlik Xəbərlər
15-12-2025
747

İdarətemədə isalahatlar nəyi dəyişəcək? 

Gündəlik Xəbərlər
14-12-2025
821

Ədliyyə naziri Bərdə şəhərində qəbul keçirib

Gündəlik Xəbərlər
08-12-2025
728

Konfransda bələdiyyə  təmsilçiləri də iştirak edib

Gündəlik Xəbərlər
01-12-2025
898

Onlar Assosiasiyanın idarə heyətinə üzv seçiliblər


Gündəlik Xəbərlər
15-11-2025
1195

 Prezidentin məmurlardan əsas tələbləri

Gündəlik Xəbərlər
13-11-2025
1099