Ədliyyə naziri Gəncə şəhərində vətəndaşları qəbul edəcək
Ədliyyə naziri Fərid Əhmədov 6 noyabr 2026-cı il tarixində
Samux rayonunda Gəncə şəhəri, Daşkəsən, Goranboy, Naftalan, Samux və Göygöl
rayonlarının sakinlərini qəbul edəcək.
Vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə
bağlı 5 noyabr tarixinədək yalnız rəsmi iş günləri və saatları ərzində Ədliyyə
Nazirliyinin +994 12 510 10 01 (daxili nömrə: 10941) nömrəli telefonu vasitəsilə,
habelə Gəncə regional ədliyyə idarəsinə (ünvan: Gəncə şəhəri, 28 May küçəsi 52,
əlaqə telefonu: +994 12 510 10 01, daxili nömrə: 17141, 17131, 17171) müraciət
edərək qəbula yazıla bilərlər.
Həmçinin qebul@justice.gov.az e-poçt ünvanı, eləcə də
Nazirliyin rəsmi veb-saytında “Elektron xidmətlər” bölməsində “Vətəndaşların ədliyyə
orqanlarında qəbula yazılması” xidməti vasitəsilə də qəbula yazılmaq mümkündür.
Qəbula gələn vətəndaşlardan əvvəlcədən qeydiyyatdan keçmələri
və özləri ilə şəxsiyyət vəsiqəsini gətirmələri xahiş olunur.
Qəbula yazılan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.
Ədliyyə Nazirliyi
Rəylər
0 Rəy