Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

13-06-2023 , 21:43

6735

Son xəbərlər

Bütün xəbərlər

Sədr qəbul keçirib

Region
12-06-2026

Şuşa rayonunun demoqrafik vəziyyəti haqqında

Gündəlik Xəbərlər
09-06-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində 15 İyun Qurtuluş Günü münasibətilə konsert keçirilib

Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində 15 İyun Qurtuluş Günü münasibətilə konsert keçirilib.

Tədbirə başlamazdan öncə Azərbaycan Himni səsləndirilib. Ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərkəzin direktoru Leyla Əsədullayeva tədbiri giriş sözü ilə açaraq, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın ən çətin günlərində məhz xalqın təkidi ilə hakimiyyətə gəlməsindən və müstəqilliyimizin qorunub saxlanılması naminə gördüyü işlərdən danışıb. O, qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin gərgin əməyi nəticəsində qurulan müstəqil Azərbaycan bu gün daha böyük uğurlar qazanıb. Bu gün prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazandığımız ən böyük uğur tarixi torpağımız olan Qarabağın işğaldan azad olunması və üçrəngli bayrağımızın Şuşada dalğalanmasıdır.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin Qızıldaş qəsəbə nümayəndəliyinin rəhbəri Hüseyn Axundov, Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzinin bədii-qiraət dərnəyinin rəhbəri Yadigar Musayev və başqa qonaqlar iştirak ediblər.

Konsert proqramı Qaradağ ərazisində yaşayan gənc musiqiçilərin və Qızıldaş Qəsəbə Mədəniyyət Mərkəzinin "Fidan" rəqs qrupunun çıxışları ilə davam edib.



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şuşa rayonunun demoqrafik vəziyyəti haqqında

Gündəlik Xəbərlər
09-06-2026
325

Bələdiyyələrə dotasiya nə vaxt ayrılacaq?

Gündəlik Xəbərlər
01-06-2026
517

Sabiq icra başçısı dünyasını dəyişib

Gündəlik Xəbərlər
15-05-2026
584