Ağcabədi bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirilib
Ağcabədi bələdiyyəsinin sədri İsmayıl Rəsulov sakinlərlə növbəti görüş keçirib. Bələdiyyənin icra aparatının rəsmilərinin iştirakı ilə keçirilən qəbul zamanı vətəndaşların müraciətləri diqqətlə dinlənilib, qaldırılan məsələlərin həlli üçün qanunvericiliyə uyğun tapşırıqlar verilib. Bu barədə məlumat adıçəkilən bələdiyyədən daxil olub.
Görüşdə
bələdiyyə üzvləri və məsul əməkdaşlar da iştirak ediblər. Sakinlərin
problemlərinə xüsusi həssaslıq göstərilərək onların həlli istiqamətində konkret
tədbirlər müəyyən olunub və icra prosesi daimi nəzarətə götürülüb.
Ağcabədi bələdiyyəsi
Rəylər
0 Rəy