Bələdiyyə sədri: “Qoy 20 sentyabr xalqımız üçün əbədi qürur və birlik günü kimi xatırlansın!”
"Hörmətli həmvətənlər!
20 sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə Sizi ürəkdən
təbrik edir, xalqımıza daim sülh, firavanlıq və tərəqqi arzulayırıq.
Bu gün Azərbaycan tarixinin ən əlamətdar səhifələrindən
birini xatırladır. Dövlət suverenliyi xalqımızın milli iradəsinin, müstəqillik
amalının və azadlıq istəyinin rəmzidir. Ulu Öndər Heydər Əliyevin dediyi kimi:
“Müstəqillik xalqımızın ən böyük sərvətidir, biz bu sərvəti qorumalı və əbədi
etməliyik.”
Məhz həmin müdrik siyasətin nəticəsində Azərbaycan müstəqil,
güclü və qüdrətli dövlətə çevrildi. Prezident, Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi ilə dövlət suverenliyimizin tam bərpası təmin olundu. 44 günlük Vətən
müharibəsində qazanılan Zəfər, ardınca 20 sentyabr 2023-cü ildə həyata keçirilən
lokal antiterror əməliyyatı nəticəsində Xankəndi, Xocalı, Əsgəran və Ağdərə şəhərlərində
dövlət suverenliyi tam bərpa edildi. Prezident İlham Əliyevin sözləri ilə desək:
“Azərbaycan dövləti öz suverenliyini tam təmin etdi, bayrağımız Qarabağın bütün
guşələrində dalğalanır.”
Bu qürurverici gün münasibətilə şəhidlərimizi hörmətlə yad
edir, qazilərimizə can sağlığı diləyirik. Dövlət suverenliyimizi qorumaq, onu
daha da möhkəmləndirmək hər birimizin borcudur. Biz inanırıq ki, xalq-dövlət
birliyi sayəsində Azərbaycan daha da inkişaf edəcək, üçrəngli bayrağımız daim
ucalarda dalğalanacaq.
Qoy 20 sentyabr xalqımız üçün əbədi qürur və birlik günü
kimi xatırlansın!
Hörmətlə,
İsmayıl Rəsulov
Ağcabədi Bələdiyyəsinin sədri"
Rəylər
0 Rəy