Dayanıqlı maliyyə mənbəyinin yaradılması daim diqqətdə saxlanılmalıdır: BƏLƏDİYYƏ SƏDRİ YAZIR
Ölkəmizdə baş verən mütərəqqi iqtisadi, sosial və siyasi irəliləyişlər yeni eraya qədəm qoymuşdur. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə geniş miqyaslı abadlıq-quruculuq işləri həyata keçirilir.
Bu
iqtisadi, sosial və siyasi proseslər bələdiyyələrin də üzərinə müəyyən məsuliyyət
yükü qoyur. Məlumdur ki, bələdiyyə institutunun əsası ölkəmizdə Ümumilli Lider
Heydər Əliyev tərəfindən qoyulmuşdur. Hər bir bələdiyyə sədri, üzvü və
qulluqçusu bu məsuliyyəti dərk edərək öz işinə maksimum peşakarlıqla yanaşmalı
və vətəndaşların problemlərinin həll olunmasına səy göstərməlidir.
Bələdiyyə
büdcəsinin formalaşması, dayanıqlı büdcə gəlirlərinin əldə olunması məqsədi ilə
Bələdiyyələrin Milli Assosiasiyaları və Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş
Mərkəzi tərəfindən mühüm addımlar atılmışdır. Belə ki, BAMS ƏMDX-nin bazısına
inteqrasiya olunmuşdur. Bu inteqrasiya bələdiyyələrin tədiyyəçiləri onlayn
qaydada müəyyənləşdirərək vergiyə cəlb olunmasına şərait yaratmışdır. Yeri gəlmişkən
qeyd edim ki, Cənab Prezidentin “Dövlət informasiya ehtiyatlarının və sistemlərinin
Nümunəvi Əsasnaməsi” haqqında fərmanın tələblərinə uyğun olaraq, əsasnamənin bələdiyyələr
tərəfindən birgə təsdiq edilməsi tədbirlərinin həyata keçirilməsinin Azərbaycan
Bələdiyyələrinin Milli Assosiasiyalarına həvalə edilməsi yüksək etimaddır.
Bələdiyyənin
dayanıqlı maliyyə vəsaitlərinə malik olması və məşğulluğun təmini istiqamətində
Tüləkəran bələdiyyəsi tərəfindən “Tüləkəran Təmiz Kənd” MMC-nin və keçi
fermasının yaradılması üçün layihə hazırlanaraq Maliyyə Nazirliyinə təqdim
olunuşdur. Layihəyə müsbət cavab alınmış 2024-cü ildə maliyyə vəsaiti
ayrılmışdır. Layihə çərçivəsində 540 m2 tikinti quraşdırılma işləri aparılmış və
yüksək məhsuldarlığa malik 105 “Saanen” keçisi alınmışdır. Hazırda fermada 105
ana keçidən əlavə 46 yeni doğulmuş çəpiş saxlanılır. Heyvanlar idxal
olunduğundan və yerli şəraitə uyğunlaşma mərhələsində olduğundan məhsuldarlıq
nisbətən aşağı olmuşdur. Oktyabr ayı heyvanların ikinci doğuş mövsümü
olduğundan ikinci mövsümdə 130-150 aralığında əlavə keçi artımı gözlənilir.
“Tüləkəran Təmiz Kənd” MMC 9 nəfər sakini
daimi əsaslarla işlə təmin etmişdir. İl sonunda bu sayın 15 nəfərə yüksələcəyi
proqnozlaşdırılır. İl ərzində 28 nəfər sakin isə müvəqqəti iş yerlərilə təmin
olunmuşdur. Layihə çərçivəsində nəzərdə tutulmuş işlərdən əlavə olaraq bələdiyyənin
maliyyə vəsaiti hesabına 72 m2 sahəli qapalı talvar quraşdırılmış, 90 m2 sahəli
emal sexi və 400 m2 sahəli yeni
fermanıncə müxtəlif təyinatlı obyeklərin tikinti işlərinə başlanılmışdır.
Bələdiyyələrin
problemləri hələ də qalmaqdadır. Bu problemlərin böyük hissəsi Əmlak Məsələləri
Dövlət Xidmətinin payına düşür. Bələdiyyələrin yarandığı gündən bu günədək xəritələr
və vahid məlumat bazası təqdim olunmamışdır. Son illərdə xidmət tərəfindən
aparılan elektron uçot prosesinə böyük ümidlər bəslənilməsinə baxmayaraq, bu
ümidlər də puça çıxmışdır. Belə ki, elektron uçot aparılarkən bələdiyyə mülkiyyətinə
məxsus torpaqların təyinatı özbaşına dəyişdirilmiş və torpaqlar heç bir hüquqmüəyyənedici
sənəd olmadan vətəndaşların istifadəsinə qeyd olunmuşdur. Hal-hazırda bələdiyyələrin bu torpaqların üzərində
mülkiyyət hüququnu tanıtması faktiki olaraq mümkün deyil. Perspektiv inkişaflı
təyinatlı torpaqlar üzrə 34 hektar sahədə Tüləkəran bələdiyyəsi eyni problemlə
qarşılaşmış və bu problem bələdiyyəyə torpaqların ilkin bazar qiyməti nəzərə
alınmaqla 2000000 manatdan çox ziyan vurur. Əlavə olaraq bələdiyyə mülkiyyətində
olan 580 hektara yaxın kənd təsərrüfatlı təyinatlı torpaq sahələri üzərində bələdiyyənin
mülkiyyət hüququnun tanınmasına əngəllər törədilir. Bu səbəbdən 580 ha torpaq
sahəsi kənd təsərrüfatına yararsız vəziyyətə düşür.
Bələdiyyələrin
mülkiyyət hüququ Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-IIQ
saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin
hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə uyğun
aparılmalı olmasına baxmayaraq ƏMDX rəisinin F-100 nömrəli daxili əmri əsas gətirilməklə
müraciətlərə əsassız imtina verilir. Bələdiyyələrin Konstitutsiya ilə qorunan
mülkiyyət hüquqları kobud surətdə pozulur.
Əlavə
olaraq bələdiyyələrin hər hansı bir tikinti, quraşdırma, abadlıq və ya digər
istənilən bir sahədə iş və ya xidmətlərin göstərilməsilə bağlı icraçı təşkilatlarla
müqavilələr bağlayan zaman bələdiyyələrin ƏDV-dən azad olunması maliyyə vəsaitlərinə
qənaət olunmasına böyük təsir göstərə bilər.
Bələdiyyələr hesabatlılıq və şəffaflıq
prinsiplərinə əməl etməklə internet resursları, sosial şəbəkələr, televiziya və
mətbuat yayımları vasitələrilə büdcə və digər maddi vəsaitlərinin hesabatını
ictimailəşdirməli, gördüyü işlərin və layihələrin ictimaiyyətin diqqətinə
çatdırılmasında maraqlı olmalıdır. Bu məqsədlə Tüləkəran bələdiyyəsinin
internet resursu olan www.tulekeran.az
saytı hazırlanmış və mobil tətbiqinin hazırlanmasına başlanılmışdır.
Yaxın həftələrdə saytın və eyni adlı mobil tətbiqin geniş ictimaiyyət və media
nümayəndələrinin iştirakı ilə təqdimatı keçiriləcəkdir.
Rauf
Hüseynov
Quba
rayonu, Tüləkəran bələdiyyəsinin sədri
Rəylər
0 Rəy