Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

10-12-2025 , 01:23

915

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Qalib Mirzəyev: “Büdcə layihəsində növbəti il üzrə 65 min manat artıq gəlirin olacağı  proqnozlaşdırılıb”

“İmişli bələdiyyəsi 31.10.2025 -ci il tarixli 22 saylı iclas protokolunun qərarı ilə büdcə layihəsinin ilkin versiyası müzakirə edildi” – bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Qalib Mirzəyev deyib.

Sədrin sözlərinə görə, ilkin müzakirə zamanı 2026-cı il üzrə gəlir və xərclər smetasına  üzvlər tərəfindən bir sıra təkliflər səsləndirilmişdir.

Büdcə layihəsində diqqətiçəkən məqam ötən illə müqayisədə  növbəti il üzrə 65 min manat artıq gəlirin  proqnozlaşdırılmasıdır.

Sədr daha sonra qeyd edib ki, 2025-ci ildə əldə olunan maliyyə vəsaiti hesabına şəhər ərazisində  bir çox abadlıq işləri aparılmış, bələdiyyənin inzibati binası təmir edilmiş, parkların ərazisində olan ictimai sanitar qovşağları istifadəyə verilmiş, əhalinin gedişli-gəlişli yollarında piyada səkiləri, şəhər qəbrstanlığında abadlığ işləri, İmişli şəhərində yerləşən “Göy məscid” deyilən məhəllə məscidində əsaslı təmir işləri aparılmış, Qurban və Novruz bayramlarında şəhid ailələrinə, Qarabağ əlillələrinə və imkansız ailələrə bayram sovqatı verilmişdir.

Odur ki, vergi ödəyicilərindən bir daha müraciət edərək xatırladırıq ki, vergilərinizi vaxtında ödəyin ki, əlavə olaraq faiz ödəməyəsiniz.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər