Qalib Mirzəyev: “Büdcə layihəsində növbəti il üzrə 65 min manat artıq gəlirin olacağı proqnozlaşdırılıb”
“İmişli bələdiyyəsi 31.10.2025 -ci il tarixli 22 saylı iclas protokolunun qərarı ilə büdcə layihəsinin ilkin versiyası müzakirə edildi” – bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Qalib Mirzəyev deyib.
Sədrin sözlərinə görə, ilkin müzakirə zamanı 2026-cı il üzrə gəlir və xərclər smetasına üzvlər tərəfindən bir sıra təkliflər səsləndirilmişdir.
Büdcə layihəsində diqqətiçəkən məqam ötən illə müqayisədə növbəti il üzrə 65 min manat artıq gəlirin proqnozlaşdırılmasıdır.
Sədr daha
sonra qeyd edib ki, 2025-ci ildə əldə olunan maliyyə vəsaiti hesabına şəhər ərazisində bir çox abadlıq işləri aparılmış, bələdiyyənin
inzibati binası təmir edilmiş, parkların ərazisində olan ictimai sanitar
qovşağları istifadəyə verilmiş, əhalinin gedişli-gəlişli yollarında piyada səkiləri,
şəhər qəbrstanlığında abadlığ işləri, İmişli şəhərində yerləşən “Göy məscid”
deyilən məhəllə məscidində əsaslı təmir işləri aparılmış, Qurban və Novruz
bayramlarında şəhid ailələrinə, Qarabağ əlillələrinə və imkansız ailələrə
bayram sovqatı verilmişdir.
Odur ki, vergi ödəyicilərindən bir daha müraciət edərək xatırladırıq ki, vergilərinizi vaxtında ödəyin ki, əlavə olaraq faiz ödəməyəsiniz.
Belediyye.info
Rəylər
0 Rəy