Aqil Heydərov: "Ən önəmli məsələ sabit və dayanıqlı maliyyə mnbəyi yaratmağa çalışmaqdır"
“Bu gün Saatlı bələdiyyələrinin əsas məqsədi dayanıqlı maliyyə mənbəyini yaratmaqdır”- bu fikirləri Belediyye.infoya Saatlı bələdiyyəsinin sədri Aqil Heydərov deyib.
Sədr daha sonra deyib ki, hazırda BAMS-ın verdiyi imkandan yararlanmaqla DSMF və digər borcların artıq bağlanılması ərəfəsindəyik.
Bələdiyyənin vergi xidməti
orqanının əməkdaşlarının əsas diqqəti bütün
hallarda büdcədaxilolmalarının həcmini artırmağa, debitor borcların yığılmasına
və ödəyicilər arasında maarifləndirmə işlərinə yönəldilib.
Sədr
qeyd edib ki, cari ilin on bir ayı ərzində ötən illə müqayisədə yerli vergilərin
həcmini 4 dəfəyədək artırmağa nail ola
bilmişik. Hazırda bələdiyyə iclasında büdcə layihəsinin müzakirəsi yekunlaşıb.
Yaxın günlərdə büdcə təsdiqi öz həllini tapacaq.
Büdcə layihəsində ciddi dəyişikliklər və yeniliklər nəzərdə tutulub. Ən önəmli məsələ sabit və dayanıqlı maliyyə mənbəyi yaratmağa çalışmaqdır.
Belediyye.info
Rəylər
0 Rəy