Şabran şəhərində şəhid anası ziyarət olunub
Bu
barədə məlumatı Şabran bələdiyyəsi paylaşıb.
Məlumat da qeyd olunur ki, ziyarət zamanı şəhid anasının
səhhəti ilə yaxından maraqlanılaraq ona ən xoş arzular və tezliklə sağalması
üçün şəfa diləkləri çatdırılıb. Qeyd edilib
ki, şəhid ailələri daim dövlətimizin, yerli icra strukturlarının və bələdiyyənin
diqqət və qayğısı altındadır. Onların
sosial-məişət problemlərinin həlli, sağlamlıq vəziyyətlərinin nəzarətdə saxlanılması bu qurumların əsas prioritetlərindəndir.
Görüşdə
bildirilib ki, şəhidlərimizin əziz xatirəsi hər zaman hörmətlə anılır, ailələrinə
göstərilən diqqət və qayğı bundan sonra da davam etdiriləcəkdir.
Belediyye.info
Rəylər
0 Rəy