Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

09-01-2026 , 20:28

924

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Bəhruz Abbasov: “ Ötən ildəki fəaliyyətimiz  bizi qane etməyib” 


“Cari ildə hədəfimiz bələdiyyə büdcəsinin 2025-ci ilə nisbətdə ciddi şəkildə artırılmasına nail olmaq və əhalinin həyat şəraitinin yaxşılaşdırılması üçün dövlət tərəfindən görülən tədbirlərdə daha yaxından iştirak etməkdir” - bu fikirləri Belediyye.infoya Şəmkir rayonu, Aşağı Seyfəli bələdiyyəsinin sədri Bəhruz Abbasov deyib. Sözünə davam edən sədr qeyd edib ki, 2024-cü illə müqayidə 2025 -ci il üzrə büdcə gəlirlərində cüzi artım olsa da fəaliyyətimiz bizi qane etməyib. 

Büdcə gəlirlərinə toxunan sədr bildirib ki,  2024-cü il üzrə 13.375 manatlıq əmlak, 4.718 manatlıq torpaq vergisi və 26.357 manatlıq isə icarə haqqları yığılıb. Ötən il isə bu rəqəmlər   müvafiq olaraq 13.550 manatlıq əmlak, 3.759 manatlıq torpaq vergisi, 17.990 manatlıq   icarə haqqları və əlavə olaraq 9.840 manatlıq torpaq satışı həyata keçirilib. 

Beləliklə 2024-cü ildə ümumi büdcə gəliri  44.450 manat, 2025- ci ildə isə bu rəqəm 45.140 manat olub.

Sədr qeyd edib ki, cari ildə büdcə gəlirini 80 min ətrafında olmasını  hədəf kimi qoymuşuq. Odur ki, bələdiyyənin vergi xidməti yenilənmiş BAMS-ın verdiyi bütün imkanlardan layiqincə yararlanmaq üçün var qüvvəsi ilə çalışır. 

Etiraf edək ki, bələdiyyə rüsumlarının son 25 il ərzində dəyişdirilməməsi, üstəlik ərazidə  sənədsiz əmlakın olması, o cümlədən əmlakın sənədləşdirilməsindəki bəzi bürokratik əngəllər büdcə gəlirlərinin lazimi səviyyədə olmasına imlan vermir. 

Qeyd edək ki, Aşağı Seyfəli bələdiyyəsinin 13 üzvü var və sədr Bəhruz Abbasov ötən ili sonlarında həm də Azərbaycan Kənd Bələdiyyələri Milli Assosiasiyasının sədri seçilib.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər