Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

04-03-2026 , 23:35

69

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Saatlıda  "Gender bərabərliyi və idarəetmədə qadınların rolu" mövzusunda tədbir keçirilib


 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr edilmiş "Gender bərabərliyi və idarəetmədə qadınların rolu" adlı  tədbir keçirilib. Tədbirdə Saatlı bələdiyyəsinin sədri Aqil Heydərov və bələdiyyə qulluqçusu Şəms Abdullayeva iştirak edib.

Tədbirin gedişində icma sakinləri tərəfindən bələdiyyələrdəki Gender komissiyalarının fəaliyyəti haqqında və qızların təhsilinə dəstəyi barədə suallar verilib.

Saatlı bələdiyyəsi sədri Aqil Heydərovun  ictimai əsaslarla müavini və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyəti göstərən Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzinin sosial iş üzrə mütəxəssisi Firuzə Əliyeva sualları cavablandıraraq bildirib ki, 2025-ci il 29 yanvar tarixində keçirilən bələdiyyə seçkilərində 10 qadın üzv seçilib, bu üzvlərin hər biri rayonun aktiv qadınlarıdır və Saatlı bələdiyyəsi üzv olan qadınların  hesabat iclaslarında, aztəminatlı ailələrə dəstək məqsədli ziyarətlərdə, maarifləndirmə xarakterli tədbirlərdə mütəmadi olaraq iştirak edirlər.

Gender məsələləri üzrə komissiyanın fəaliyyəti barədə danışan F. Əliyeva  ötən dövr ərzində gender məsələləri və məişət zorakılığı ilə bağlı müraciət daxil olmadığını, qarşıdakı dövrdə belə müraciətlər olarsa, səlahiyyətləri daxilində aidiyyatı qurumlarla birgə öhdəlikləri yerinə yetirəcəklərini bildirdi.

Daha sonra bələdiyyələrdə bu  komissiyanın yaradılmasının qadınların ictimai və siyasi fəallığının artırılması, gender əsaslı ayrı-seçkiliyin qarşısının alınması məqsədlərini daşıdığını bildirib.

Sonda isə bələdiyyənin qızların təhsilinə dəstəyi haqqında danışaraq Saatlı bələdiyyəsinin ötən il ərzində aztəminatlı ailədən olan 10 uşağı məktəbli geyimi və ləvazimatları ilə təmin etdiyini bildirib.

Saatlı bələdiyyəsi




Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər