Qax rayonunda 8 bələdiyyə fəaliyyət göstərir və onların əsas fəaliyyət istiqamətləri yerli infrastrukturun yaxşılaşdırılması və yerli sakinlərin sosial-məişət problemlərinin həllinə yönəlmişdir.
Bələdiyyələr ekoloji tədbirlər və yerli əhəmiyyətli məsələlərin
həlli ilə məşğul olmaqla yanaşı yerli büdcə hesabına abadlıq işləri aparır və
sakinlərin sosial ehtiyaclarını qarşılayırlar.
Belə ki, ötən 3 ay ərzində Qaxbaş bələdiyyəsi tərəfindən Qaxingiloy kəndi ərazisində “Qobala” çayı üzərində körpü quraşdırılması, kənd ərazisində 400 metr kənd daxili yola şeben döşənilməsi, qanunvericilikdə nəzərdə tutulmayan yerlərə məişət tullantılarının atılmasının qarşısının alınması məqsədilə ərazidə xəbərdarlıq lövhələrinin yerləşdirilməsi, Qum bələdiyyəsi tərəfindən yağışlı havalarda gediş-gəlişi rahatlaşdırmaq, infrastrukturu yaxşılaşdırmaq məqsədilə ərazinin Zərnə və Çinarlı kəndlərində kənd arası yollara qum-çınqıl qarışığının döşənməsi, Güllük və Ləkit kəndlərində günəş panellərinin quraşdırılması, həmin kəndlərdə 5 zibil quyusunun təmizlənməsi, yeni quyuların qazılması və bələdiyyənin əhatə etdiyi bütün kəndlərdə qəbirstanlıqların təmizlənməsi, Zəyəm-Tasmalı bələdiyyəsi tərəfindən kənd arası yollara qum-çınqıl qarışığının tökülməsi, kolluqların və çay yataqlarının təmizlənməsi, Almalı bələdiyyəsi tərəfindən ərazinin Şotavar kəndində məktəb yolunun kol-kosdan təmizlənməsi, kənd kanallarının təmizlənməsi, Qıpçaq bələdiyyəsi ərazinin Cəlayir kəndində kənd arası yollara qum-çınqıl qarışığının döşənməsi, ərazinin Ağyazı kəndində köhnə elektrik dirəklərinin yeni dirəklərlə əvəz olunması, İlisu bələdiyyəsi tərəfindən bələdiyyənin əhatə etdiyi Əmircan, Ağçay, Qaşqaçay, Aşağı Malax kəndlərində kənd daxili yolların qum-çınqıl qarışığı döşənməsi və qrabillənməsi, bələdiyyənin əhatə etdiyi 9 kəndin hər birində yeni zibil quyularının qazılması, bələdiyyənin əhatə olunduğu kəndlərdə küçə işıqlarının təmiri, Qaşqaçay kəndində şəhid qəbiristanlığının kənarına metal torun çəkilməsi, Qaratala kənd qəbiristanlığında metal torun çəkilməsi, İlisu, Ağçay, Əmbərçay və Qaşqaçay kəndlərində su xəttlərinin təmiri kimi bir sıra işlər görülmüşdür.
Rəylər
0 Rəy