Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

29-04-2026 , 00:26

79

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Beynəlxalq Festivalda Şirvan şəhəri də təmsil olunub

Azərbaycan ilə qardaş Türkiyə arasında mövcud olan sarsılmaz dostluq və  tərəfdaşlıq münasibətləri bölgələrarası əməkdaşlıqda da öz əksini tapır. Bu möhkəm əlaqələrin davamı olaraq, Manisa şəhəri ilə qurulan tərəfdaşlıq çərçivəsində keçirilən 486-cı Beynəlxalq “Manisa Mesir Macunu” Festivalında Şirvan şəhəri layiqincə təmsil olunub.

Tədbirdə Şirvan şəhər nümayəndə heyətinin tərkibində Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva və Şirvan Bələdiyyəsinin sədri İlham Səfərov da iştirak ediblər. Qeyd etmək lazımdır ki, Şirvan Bələdiyyəsi ilə Şirvan şəhər İcra Hakimiyyəti arasında mövcud olan sıx əməkdaşlıq bu cür beynəlxalq tədbirlərdə şəhərin daha geniş və koordinasiyalı şəkildə təmsil olunmasına imkan yaradır.

Nümayəndə heyəti festival çərçivəsində keçirilən tədbirlərdə fəal iştirak edərək, şəhərimizi beynəlxalq səviyyədə uğurla təmsil edib.

Bu cür beynəlxalq tədbirlər şəhərlərarası dostluq münasibətlərinin daha da möhkəmlənməsinə, mədəni və sosial sahələrdə təcrübə mübadiləsinin genişlənməsinə, həmçinin yeni əməkdaşlıq imkanlarının yaranmasına mühüm töhfə verir.



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər