Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

09-05-2026 , 10:45

104

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Tədbir Lerik bələdiyyəsinin təşkilatçılığı ilə baş tutub


 Bu gün Lerik Bələdiyyəsinin təşkilatçılığı ilə müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə  anım tədbiri baş tutmuşdur.

​Tədbirdə Lerik Bələdiyyəsinin və  Lerik bələdiyyələrinin Əlaqələndirmə Şurasının sədri cənab Ceyhun Zahidov, Yeni Azərbaycan Partiyası (YAP) Lerik rayon təşkilatının nümayəndəsi Elman Rəcəbov və Lerik Rayon İcra Hakimiyyətinin rəsmisi Əlipənah Bayramov  və Lerik bələdiyyələri  iştirak etmişlər.

​Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuş, dahi rəhbərin əziz xatirəsini dərin ehtiramla yad etmişlər.

Lerik ​Bələdiyyəsinin və Lerik bələdiyyələrinin Əlaqələndirmə Şurasının  sədri Ceyhun Zahidov çıxış edərək bildirdi ki,  "Heydər Əliyev şəxsiyyəti Azərbaycanın həm dünəni, həm bu günü, həm də gələcəyi ilə qırılmaz tellərlə bağlıdır. Onun uzaqgörən siyasəti nəticəsində 1995-ci ildə qəbul edilmiş Konstitusiyamızda bələdiyyələrin yaradılması və fəaliyyəti öz əksini tapmışdır. Biz yerli özünüidarəetmə orqanları olaraq, Ulu Öndərin 'Dövlət xalq üçün olmalıdır' prinsipini rəhbər tutaraq vətəndaşların rifahı üçün var gücümüzlə çalışmağımızı qeyd edərək  yerli özünüidarəetmənin təməlinin məhz onun tərəfindən qoyulduğunu qeyd etdi.

YAP Lerik Rayon Təşkilatının və İcra Hakimiyyətinin nümayəndəsi və bələdiyyə sədrləri çıxışlarda Ümummilli Liderin həyat və yaradıcılığı, onun Lerik rayonuna olan xüsusi diqqət və qayğısı barədə geniş məlumat verilmişdir. Qeyd olunmuşdur ki, bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Zəfər, məhz Heydər Əliyev ideyalarının təntənəsidir.

Tədbirin sonunda Ümummilli Liderin şərəfli ömür yolundan, dövlətimizin müstəqilliyi və xalqımızın xilası naminə göstərdiyi fədakarlıqlardan bəhs edən geniş videoçarx nümayiş etdirilmişdir. Videomaterialda dahi rəhbərin xalqla görüşləri və müasir Azərbaycanın inkişaf strategiyasının təməl daşlarını əks etdirən tarixi kadrlar iştirakçılar tərəfindən böyük maraqla izlənilmişdir.

Lerik bələdiyyəsi olaraq dövlətçiliyimizin qorunması və rayonumuzun  çiçəklənməsi yolunda Ulu Öndərin ideyalarına hər zaman sadiq qalacağıq.

Lerik bəələdiyyəsi







Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər