Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

03-07-2026 , 17:45

216

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Bədii Məmmədova: “Bu gün bank hesabının bağlı olması kollektivi ruhdan salmır”


“Astara bələdiyyəsi olaraq bu gün  əsas məqsədimiz bələdiyyənin əvvəlki illərdə yaranmış  DSMF borcunun bağlanılmasına çalışmaqdır. Bunun üçün yenilənmiş və təkmilləşdrilmiş BAMS proqramının verdiyi bütün imkanlardan lazımınca istifadə etməyə çalışırıq”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Bədii Məmmədova deyib .

Sədr qeyd edib ki,  ötən ilyarım ərzində Astara bələdiyyəsinin əvvəlki illərdə yaranmış borcunun xeyli hissəsini bağlamağa nail olmuşuq. Bu gün bank hesabının bağlı olması kollektivi ruhdan salmır. Yerli vergi və rüsümların toplanılması üçün bütün quüvvəmizi səfərbər etmişik.

Bununla yanaşı bir çox hallarda sakinlərin, şəhərdə fəaliyyət göstərən  sahibkarların dəstəyindən istifadə edərək şəhərin abadlığı, təmizliyi istiqamətində bir sıra ciddi layihələri icra etmişik.

Zibil qutularının alınaraq ehtiyac olan küçələrə yerləşdirilməsi, bələdiyyəyə birləşdirilən yaşayış məntəqələrində məhəllədaxili yolların təmir edilməsi, bəzilərinə çınqıl tökülərək yayılması həyata keçirilmişdir.

Sakinlərin, könüllülərin və bələdiyyə kollektivinin yaxından iştirakı ilə mütəmadi olaraq iməciliklər keçirilir. Bununla yanaşı vergi mütəxəssisləri sakinlərlə vergi ödənişinin vaxtında ödəniılməsi iilə bağlı, həm də zibil tullantılarının ünvansız atılması ilə bağlı söhbətlər aparırlar.

Sədr qeyd edib ki, cari ildə hədəfimiz DSMF borcunun bağlamaqla şəhərdə daha böyük layihələrin icrasına başlamaqdır. Bu gün Astara bələdiyyəsi bələdiyyə üzvlərinin iştirakı ilə işçi qrupu yaratmaqla yerlərdə monitorinq aparır. Bununla da  vergi-uçotuna düşməyən vətəndaşları müəyyən edərək onların  vergiyə cəlb edilməsini həyata keçirilir. Həyata keçirilən hər təşəbbüsdə Astara RİH -in dəstəyini hiss edirik.  

Sədr qon olaraq qeyd edib ki, son üç ilin göstəricilərinin təhlili onu deməyə əsas verir ki, büdcə gəlirlərinin artırılması istiqamətində kifayət qədər artım  müşahidə olunmuşdur.

Belediyye..info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər