Rauf Məhərrəmov: “Bələdiyyənin maliyyə imkanlarının yaxşılaşdırılması sakinlərə daha səmərəli xidmət göstərilməsi üçün də yeni imkanlar yaradıb”
Quzanlı bələdiyyəsinin fəaliyyətində əsas prioritet sakinlərə keyfiyyətli xidmət göstərməkdir. Bələdiyyə olaraq əsas məqsədimiz sakinlərimizin müraciət və ehtiyaclarına həssas yanaşmaq, onların problemlərinin həlli istiqamətində operativ və keyfiyyətli xidmət göstərməkdir.
Bu
fikirləri Ağdam rayonu, Quzanlı bələdiyyəsinin sədri Rauf Məhərrəmov deyib.
Sədr
qeyd edib ki, sevindirici haldır ki, azsaylı kollektivimizin birgə səyləri və məqsədyönlü
fəaliyyəti nəticəsində əvvəlki illərdən yığılıb qalmış borcların ödənilməsi təmin
edilmişdir. Bu, bələdiyyənin maliyyə imkanlarının yaxşılaşdırılması ilə
yanaşı, sakinlərə daha operativ və səmərəli xidmət göstərilməsi üçün də yeni
imkanlar yaradıb.
Hazırda həyata keçirdiyimiz layihə və tədbirlərin əsas
istiqamətini qəsəbə və inzibati ərazi dairəsinə daxil olan kəndlərdə məhəllədaxili
yolların abadlaşdırılması, ərazilərin təmizliyi və ümumi infrastrukturun
yaxşılaşdırılması təşkil edir.
Cari il ərzində qəsəbəni əhatə edən kəndlərdə ümumilikdə 10
kilometrdən artıq yol sahəsinə çınqıl materialı tökülərək yayılmış, eyni
zamanda, ərazilərdə genişmiqyaslı təmizlik və abadlıq işləri həyata
keçirilmişdir.
Qarşıdakı dövrdə də Quzanlı bələdiyyəsi olaraq sakinlərin rifahının yüksəldilməsi, mövcud problemlərin həlli və vətəndaş məmnunluğunun təmin olunması istiqamətində fəaliyyətimizi ardıcıl şəkildə davam etdirəcəyik. İnanırıq ki, kollektivimizin birgə əməyi və sakinlərimizin dəstəyi ilə qarşıya qoyduğumuz məqsədlərə nail olacağıq.
Belediyye.info
Rəylər
0 Rəy