“Yaşıl dərə”nin bələdiyyə parkı
Sumqayıt bələdiyyəsinin əməkdaşının tədbirə dəvətinə dərhal razılıq verməyimdə məqsəd az bir zaman kəsiyində həyata keçirilən layihə ilə yerində tanış olmaq idi. Ay yarım əvvəl keçirilən görüşdə iştirak etdiyimdən ərazidə hələ görüləsi işlərin kifayət qədər olduğunun şahid olmuşdum. Belə çətin relyefdə olan 3 min kv.m-lik ərazidə ən müasir tələblərə cavab verən park layihəsinin icrası ilə Sumqayıt bələdiyyəsi həqiqətən ağır və məsuliyyətli bir yükün altına girmişdi. İndi isə artıq layihənin başa çatması ilə bağlı tədbirə dəvət edilirdim. Açılışdan bir xeyli əvvəl artıq parkın ərazisində görülmüş işlərlə tanış oldum.
Bir məqamı
da oxucuların diqqətinə çatdırım ki, Sumqayıt bələdiyyəsi cari ili “Yaşıl dərə” ili elan
edib. Məqsəd şəhərdə yeni salınan yaşayış massivində abadlıq-quruculuq işlərini
aparmaq, ərazidə sakinlərin asudə vaxtının təşkili ilə bağlı layihələrin
icrasını həyata keçirmək olub. Artıq bələdiyyə iclasında təsdiq edilmiş fəaliyyət
planına uyğun olaraq daha bir nümunəvi
istirahət məkanı artıq sakinlərin istifadəsinə verilirdi.
Belə
bir məqamda sakinlər səbrsizliklə şəhər rəhbərliyinin gəlişini gözləyirdi. Uşaqların
isə sevincinin həddi-hüdudu yox idi. Bələdiyyə sədri isə əraziyə bir göz gəzdirib
son tapşırıqlarını verdi. Mən isə kənardan prosesi izləyir və görülən işlərdən
zövq alırdım. Hər bir addım zövqlə atılmışdı. Həm sakinlərin istirahəti, həm
uşaqlar üçün idman qurğularının qoyulması, oturacaqların və hətta zibil
qutularının belə ən müasir üslubda olması və ən əsası parkın ətrafına çəkilən məhəccərdə özündə
Sumqayıt bələdiyyəsini ehtiva edən “SB”,
hərflərinin vurulması, girişdə isə “Bələdiyyə
parkı”nın yazılması diqqətmindən yayınmadı.
Beləliklə,
Sumqayıt şəhərində həyata keçirilən abadlıq və yaşıllaşdırma layihələri çərçivəsində
şəhərin “Yaşıl dərə” yaşayış massivində, Milli Qəhrəman Əliyar Əliyev adına
olan küçədə yeni salınmış “Bələdiyyə Parkı”nın açılış mərasimi baş tutdu.
Açılış
tədbirində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, idarə və
müəssisə rəhbərləri, bələdiyyənin üzv və qulluqçuları, habelə çoxsaylı sakinlər iştirak
etdi.
Açılış
mərasimində bələdiyyə sədri icra başçısı Zakir Fərəcovu əvvəlcə ərazinin əvvəl
ki vəziyyətiini özündə əks etdirən məlumat lövhəsi ilə tanış etdi. Cəmi ay yarım
ərzində həyata keçirilən layihə çərçivəsində ərazidə geniş abadlıq və yenidənqurma
işləri həyata keçirilmişdi.
Sumqayıt
şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə istifadəyə verilən “Bələdiyyə parkı” 3000 kv.m-lik ərazini əhatə
edir. Təqdimat zamanı sədr qeyd edib ki, layihə çərçivəsində 915 kvadrat metr
sahədə yaşıl qazon salınıb, 1.375 kvadrat metr əraziyə tamet döşənərək
piyadaların rahat və təhlükəsiz hərəkəti təmin olunub. Bundan başqa, uşaqların əyləncəsi
və asudə vaxtının səmərəli təşkili məqsədilə 475 kvadrat metr hissədə xüsusi
oyun və əyləncə zonası yaradılıb.
Parkın
yaşıllıq zolağında 200 ədəd “Eldar şamı” ağacı, 500 ədəd müxtəlif növ dekorativ
kol bitkisi və 1000 ədəd mövsümi gül əkilib. Ərazidə sakinlərin istirahəti üçün
30 ədəd müasir oturacaq quraşdırılıb, gecə saatlarında parkın işıqlandırılması
məqsədilə 15 ədəd işıq dirəyi istifadəyə verilib.
Əraziyə
baxış keçirən Sumqayıt ŞİH başçısı Zakir Fərəcovun görülən işlərdən razı qalması
hiss olunurdu. Həm də özünündə vaxtı ilə sədr olduğu bələdiyyənin bü gün şəhərdə
aparılan abadlıq-quruculuq işlərinə belə yüksək bir səviyyədə öz töhfəsini verməsi, görünür, siyasi rəhbəri
də razı salmışdı. Təqdimatında bələdiyyə sədri ərazidə bundan sonra həyata
keçiriləcək layihələrə də toxunmuşdu.
Beləliklə,
görünən odur ki, Sumqayıt bələdiyyəsi tərəfindən “Yaşıl dərə” yaşayış massivində
bundan sonra da abadlıq, quruculuq və
yaşıllaşdırma işləri mərhələli şəkildə davam etdiriləcəkdir.
Əslində
ilk həyata keçirilən layihənin əsas məqsədi “Yaşıl dərə” yaşayış massivində ekoloji
mühitin yaxşılaşdırılması, yaşıllıq sahələrinin artırılmasıdır.
Sakinlər
yaradılan yeni parkın əraziyə xüsusi gözəllik bəxş etdiyini vurğulayaraq,
burada uşaqlar və ailələr üçün müasir istirahət şəraitinin yaradılmasını yüksək
qiymətləndiriblər. Onlar həyata keçirilən layihəyə görə minnətdarlıqlarını ifadə
edib, belə sosial yönümlü təşəbbüslərin şəhərin digər ərazilərində də davam
etdirilməsini arzuladıqlarını bildiriblər.
“Bələdiyyə
parkı”nın açılışında şəhər icra hakimiyyətinin başçısının iştirakı və açılış
zamanı öz tövsiyəsini verməsi düşünmək olar ki, siyasi rəhbərin bələdiyyəyə göstərdiyi
diqqət, həm də bələdiyyənin üzərinə qoyduğu məsuliyyətdir.
Beləliklə,
müşahidələr göstərir ki, Sumqayıt bələdiyyəsinin fəaliyyəti sayəsində ilin sonunadək “Yaşıl dərə” massivi şəhərin ən
görməli yerlərindən birinə çevriləcəkdir.
Vüqar Tofiqli
Rəylər
0 Rəy