Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

09-05-2026 , 20:40

158

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Sumqayıt
- +

“Yaşıl dərə”nin  bələdiyyə  parkı

Sumqayıt bələdiyyəsinin əməkdaşının tədbirə dəvətinə dərhal razılıq verməyimdə məqsəd az bir zaman kəsiyində həyata keçirilən layihə ilə yerində tanış olmaq idi. Ay yarım əvvəl keçirilən görüşdə iştirak etdiyimdən ərazidə hələ görüləsi işlərin kifayət qədər olduğunun şahid olmuşdum. Belə çətin relyefdə olan 3 min kv.m-lik ərazidə ən müasir tələblərə cavab verən park layihəsinin icrası ilə Sumqayıt bələdiyyəsi həqiqətən ağır və məsuliyyətli bir yükün altına girmişdi.  İndi isə artıq layihənin başa çatması ilə bağlı tədbirə dəvət edilirdim. Açılışdan bir xeyli əvvəl artıq parkın ərazisində görülmüş işlərlə tanış oldum.

Bir məqamı da oxucuların diqqətinə çatdırım ki, Sumqayıt  bələdiyyəsi cari ili “Yaşıl dərə” ili elan edib. Məqsəd şəhərdə yeni salınan yaşayış massivində abadlıq-quruculuq işlərini aparmaq, ərazidə sakinlərin asudə vaxtının təşkili ilə bağlı layihələrin icrasını həyata keçirmək olub. Artıq bələdiyyə iclasında təsdiq edilmiş fəaliyyət planına uyğun olaraq  daha bir nümunəvi istirahət məkanı artıq sakinlərin  istifadəsinə verilirdi.

Belə bir məqamda sakinlər səbrsizliklə şəhər rəhbərliyinin gəlişini gözləyirdi. Uşaqların isə sevincinin həddi-hüdudu yox idi. Bələdiyyə sədri isə əraziyə bir göz gəzdirib son tapşırıqlarını verdi. Mən isə kənardan prosesi izləyir və görülən işlərdən zövq alırdım. Hər bir addım zövqlə atılmışdı. Həm sakinlərin istirahəti, həm uşaqlar üçün idman qurğularının qoyulması, oturacaqların və hətta zibil qutularının belə ən müasir üslubda olması və ən əsası  parkın ətrafına çəkilən məhəccərdə özündə Sumqayıt bələdiyyəsini ehtiva edən  “SB”, hərflərinin  vurulması, girişdə isə “Bələdiyyə parkı”nın yazılması diqqətmindən yayınmadı.

Beləliklə, Sumqayıt şəhərində həyata keçirilən abadlıq və yaşıllaşdırma layihələri çərçivəsində şəhərin “Yaşıl dərə” yaşayış massivində, Milli Qəhrəman Əliyar Əliyev adına olan küçədə yeni salınmış “Bələdiyyə Parkı”nın açılış mərasimi baş tutdu.

Açılış tədbirində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, idarə və müəssisə rəhbərləri, bələdiyyənin üzv və  qulluqçuları, habelə çoxsaylı sakinlər iştirak etdi.

Açılış mərasimində bələdiyyə sədri icra başçısı Zakir Fərəcovu əvvəlcə ərazinin əvvəl ki vəziyyətiini özündə əks etdirən məlumat lövhəsi ilə tanış etdi. Cəmi ay yarım ərzində həyata keçirilən layihə çərçivəsində ərazidə geniş abadlıq və yenidənqurma işləri həyata keçirilmişdi.   

Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə istifadəyə verilən  “Bələdiyyə parkı” 3000 kv.m-lik ərazini əhatə edir. Təqdimat zamanı sədr qeyd edib ki, layihə çərçivəsində 915 kvadrat metr sahədə yaşıl qazon salınıb, 1.375 kvadrat metr əraziyə tamet döşənərək piyadaların rahat və təhlükəsiz hərəkəti təmin olunub. Bundan başqa, uşaqların əyləncəsi və asudə vaxtının səmərəli təşkili məqsədilə 475 kvadrat metr hissədə xüsusi oyun və əyləncə zonası yaradılıb.

Parkın yaşıllıq zolağında 200 ədəd “Eldar şamı” ağacı, 500 ədəd müxtəlif növ dekorativ kol bitkisi və 1000 ədəd mövsümi gül əkilib. Ərazidə sakinlərin istirahəti üçün 30 ədəd müasir oturacaq quraşdırılıb, gecə saatlarında parkın işıqlandırılması məqsədilə 15 ədəd işıq dirəyi istifadəyə verilib.

Əraziyə baxış keçirən Sumqayıt ŞİH başçısı Zakir Fərəcovun görülən işlərdən razı qalması hiss olunurdu. Həm də özünündə vaxtı ilə sədr olduğu bələdiyyənin bü gün şəhərdə aparılan abadlıq-quruculuq işlərinə belə yüksək bir səviyyədə  öz töhfəsini verməsi, görünür, siyasi rəhbəri də razı salmışdı. Təqdimatında bələdiyyə sədri ərazidə bundan sonra həyata keçiriləcək layihələrə də toxunmuşdu.

Beləliklə, görünən odur ki, Sumqayıt bələdiyyəsi tərəfindən “Yaşıl dərə” yaşayış massivində bundan sonra da  abadlıq, quruculuq və yaşıllaşdırma işləri mərhələli şəkildə davam etdiriləcəkdir.

Əslində ilk həyata keçirilən layihənin əsas məqsədi  “Yaşıl dərə” yaşayış massivində ekoloji mühitin yaxşılaşdırılması, yaşıllıq sahələrinin artırılmasıdır.

Sakinlər yaradılan yeni parkın əraziyə xüsusi gözəllik bəxş etdiyini vurğulayaraq, burada uşaqlar və ailələr üçün müasir istirahət şəraitinin yaradılmasını yüksək qiymətləndiriblər. Onlar həyata keçirilən layihəyə görə minnətdarlıqlarını ifadə edib, belə sosial yönümlü təşəbbüslərin şəhərin digər ərazilərində də davam etdirilməsini arzuladıqlarını bildiriblər.

“Bələdiyyə parkı”nın açılışında şəhər icra hakimiyyətinin başçısının iştirakı və açılış zamanı öz tövsiyəsini verməsi düşünmək olar ki, siyasi rəhbərin bələdiyyəyə göstərdiyi diqqət, həm də bələdiyyənin üzərinə qoyduğu məsuliyyətdir.  

Beləliklə, müşahidələr göstərir ki, Sumqayıt bələdiyyəsinin fəaliyyəti sayəsində  ilin sonunadək “Yaşıl dərə” massivi şəhərin ən görməli yerlərindən birinə çevriləcəkdir.  

Vüqar Tofiqli


 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər