Orxan Adıgözəlzadə: “Sumqayıt şəhər bələdiyyəsi olaraq bizim üçün ən önəmli məsələ sakinlərimizin sosial-rifahının təmin edilməsidir”
“Sumqayıt bələdiyyəsi vətəndaş məmnunluğunun təmin edilməsi
məqsədiylə layihələrin icrasını davam etdirir”- bu fikirləri Belediyye.infoya
Sumqayıt Bələdiyyəsinin sədri vəzifəsini icra edən Orxan Adıgözəlzadə
bildirib.
Orxan Adıgözəlzadə bildirib ki, Sumqayıt Bələdiyyəsinin
2024-cü il üçün təsdiq etdiyi
sosial-iqtisadi proqrama uyğun olaraq fəaliyyətini davam etdirib və
sakinlərin müraciətlərinə uyğun olaraq şəhərin bir sıra ərazilərində asfalt
vurulmasını həyata keçirib.
Belə ki, məktəblərə əhalinin və şagirdlərin gediş-gəlişinin
rahatlığını təmin etmək üçün şəhər ərazisindəki bərbad vəziyyətə düşmüş
yolları Sumqayıt şəhər İcra Hakimiyyətinin dəstəyi ilə asfalt
vurulub.
Qeyd edək ki, bələdiyyənin maliyyə dəstəyi ilə bu dəfə 23,
26, 30, 35 saylı məktəblərə, 47, 54, 71 saylı bağçalara və 43 saylı seçki dairəsinə
aparan yollara asfalt vurulub.
Orxan Adıgözəlzadə bildirib ki, şəhər bələdiyyəsi olaraq bizim üçün ən önəmli məsələ sakinlərimizin sosial-rifahının təmin edilməsidir.
Belediyye.info
Rəylər
9 Rəy
Baxtiyar Soltanov
11-01-2024, 2 il əvvəl
Maşallah bələdiyyə xalqa xidmətini hər zaman edib etməkdede davam edəcək!!!!
CavablaVaqif Kisiyev
17-02-2025, 1 il əvvəl
Salam Sumqayıt şəhər 76 çi məhəllə sakiniyem şikayetim kanazasiya xətti yoxdur işıqlandırma sistemi quraşdırılıb asfalt örtüyü yoxdur yeyib tanıyırlar məcburuq Qonşular adından çəkiliş edək Cənab Prezidentə müraciət edək
Vaqif Kisiyev
19-06-2025, 11 ay əvvəl
Salam Cənab Sədr necesen mənəm Kişiyev Vaqif Akif oglu Sumqayıt şəhər 76 çi məhəllə sakiniyem şikayətim yolların asfalt örtüyü yoxdur küçənin işıqlandırması azdır zibiliyin iyi bürüyüb baxan yoxdur
Rəhimova Lalə
15-05-2024, 2 il əvvəl
Dəfələrlə müraciyyət etdiyimiz Xəzər yaşayış masifinin ana yolu olan Qız qalası kücesinin asfalt cəkilməsi icra olunmadan qalır.Orxan müellim nə qədər yıqışaq gələk qəbulunuza tədbir görün ara yollardan əsası bu yoldu cünki hamı bu yoldan istifadə edir.hələki texnika burda olduğu ücün düzgün qerar verəcəynizə inanırıq ..
CavablaBəhram Məhərrəmov
17-06-2024, 1 il əvvəl
Mən Sumqayıt şəhər 47-ci məhəllə rv 15 mənzil 42-də yaşayıram bizim binnın həyəti həm darısqaldı yaşayış binaları çox yaxındı 15- ci, 1-ci və 2 - ci binaların həyətində uşaqlar oynaması üçün heç bir şərait yoxdur həyətdə uşaqlar oynayan yerə asfalt yonqarı tokülüb bildiyinizə ğörə həm radiasiya verir həm də asfaltın tozunda uşaqlar oynayırlar. Bir də kvartalda olan su liniyası binaların həyətində olan maşın yolu ilə çəkildiyi üçün tez-tez qazılır 14-yerdə Azərsuyun qazdıgı toçkalar var ki, onu da 2-3 aydan bir Azərsu yeniləyir, su buraxdıgı üçün ğəlib qazıb çivləri yeniləyirlər qazdıqları yer isə çınqıl tökülür ya da çökək qalır. Birdə bir də 47-ci kvartalla 10-cu mikrorayon arasında oln Məzahir Abdullayev küçəsində (səkilər) piyada yolları kafelər ,çayxanalar, maşın yuma məntəqələri tərəfindən tutulub gediş -gəliş maşın yolu ilə olur onu da axşam olanda çayxanlara gələnlər maşın saxladıqları üçün hərəkət etmək oımur. İcra Hakimiyyətinin başçısı Z.Fərəcova 3-il bundan qabaq yazılı müraciət etmişdik 2-ki dəfə söktürüb indi yenidən zaborlayıblar, piyada səkisi ümumiyyətlə yoxdu. İki ğün öncə Sumqayıt İcra Hkimiyyətinin növbətçisinə müraciət etdim bildirdilər ki,qida shəsi nənəzarət edən şöbəyə muraciət et mən də zəng etdim Samir müəllim ğötürdu vəziyyəti bildirdim dedi Sumqayıt Bələdiyyəsinə müraciət et onlar icazə verib kafelər ,çayxanalar da binadan əlavə yolları zaborlayıb ticarətl məşgul olurlar. Bütün bunları nəzərə alaraq sizin 47- ci məhəlləyə ğələrək vəziyyətlə yerində tanış olmanızı məhəllə sakinləri adından xahiş edirik. Əks halda Azərbaycan Respublikasının Prezidentinə müraciət edəcəyik. Əvvəlcədən sizə öz minnətdarllglmızı bildiririk və əminik ki, tezlikl ğörüşəcəyik.
CavablaSeyidova Minayə
31-08-2024, 1 il əvvəl
Sağ olsun Sumqayıt Bələdiyyə rəisi belə xalq üçun əhəmiyyətli işlər görur...yol asfalt çox muhumdur hər yerdə...şəkidə isə yollar mox bərbaddır baxan yoxdur nədənsə...
CavablaSeyidova Minayə
31-08-2024, 1 il əvvəl
Sağ olsun Sumqayıt Bələdiyyə rəisi belə xalq üçun əhəmiyyətli işlər görur...yol asfalt çox muhumdur hər yerdə...şəkidə isə yollar mox bərbaddır baxan yoxdur nədənsə...
CavablaSeyidova Minayə
31-08-2024, 1 il əvvəl
Əhsən Sumqayıt Bələdiyyə rəisinin belə əhali xalq üçun xeyirli işlər görur.asfalt yol çox mühumdur əslində insanların rahatlığıdır təhlukəsizliyidir...Şəkidə isə heyifki bu yollara asfalt tökmək üçun heç kim çalışmır çox əzyət çəkirik çuxurlu girintili çıxıntılı yollarda...
CavablaEtibar Namazov
07-03-2025, 1 il əvvəl
Sumqayıt şəhərində yaşayıram. 1ci qrup əliləm. Əlil arabasına məhkum və 80-90% hərəkət məhdudiyyətin var. 05.03.2025 tarixində bir məsələyə aydınlıq gətirmək üçün Sumqayıt bələdiyyəsinə getdim. Mühafizəçi nahar vaxtı olduğunu bildirdi və mən həyətdə işçilərin gəlməyini gözlədim. Çox az müddətdə bir şəxs maşından düşüb mənə yaxınlaşdı. Nə istədiyimi və kimi görmək istədiyimi soruşdu. Mən ona mühafizəçidən öyrəndiyim bir nəfərin adını dedim. Səmimi etiraf edimki bu şəxsin insanpərvərliyinə heyran qaldım. Şəxsi tanımadığım. Məni məcbur etdiki bayır soyuqdu gəl mən arabana kömək edim içəri keç. Mən hərəkət edə bilməməyimi deyib içəri keçməkdən imtina etdim. Səmimiyyətinə və əsl məmur keyfiyyətinə heyran olduğum həyətdə mənimlə söhbət edib bütün suallarıma açıq və müsbət cavab verdi. Amma düzünü deyimki ayrılarkən danışdığım adamım Sumqayıt Bələdiyyəsinin sədri Orxan Adıgözəlzadə olduğunu bildim və utandım. Orxan müəllimə dərin təşəkkürümü bildirirəm və düşünürəmki Sumqayıt əhalisi bu Bələdiyyə seçkilərində seçimlərində yanılmayıb.
Cavabla