Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

31-08-2025 , 13:52

1278

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Ruhin Orucov: “Bələdiyyənin bu addımını sakinlər razılıqla qarşılamışlar”


“Bakıxanov bələdiyyəsi olaraq hər bir müraciəti diqqət saxlayır, bu müraciəti  bələdiyyə iclasında müzakirəyə çıxarır və icrası ilə bağlı qərar qəbul edirik”- bu fikirləri  Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Ruhin Orucov bildirib.

Sədr qeyd edib ki, Bakıxanov bələdiyyəsi olaraq əsas məqsədimiz həm də  vətəndaş məmnunluğunun təmin edilməsinə çalışmaqdır.

Həyata keçirdiyimiz layihələrin böyük bir qismi məhz vətəndaş müraciətlərinin icrası ilə bağlıdır. Bu günlərdə həyata keçirdiyimiz layihədə məhz bu məqamla bağlı olub. Belə ki, Sabunçu rayonu Bakıxanov qəsəbəsi E. Xəlilov 1 b və Telman küçəsi  8 a saylı çoxmənzilli yaşayış binalarının həyətinə sakinlərin  arzu və istəyi ilə yeni söhbətgah quraşdırılmış, oturacaqlar təmir olunmuşdur.

Bələdiyyənin bu addımını sakinlər razılıqla qarşılamışlar.

İlin sonunadək bələdiyyə maliyyə imkanları çərçivəsində daha bir neçə bu tipli layihənin icrasını nəzərdə tutur.

 Belediyye.info




Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər