Ruhin Orucov: “Bələdiyyənin bu addımını sakinlər razılıqla qarşılamışlar”
“Bakıxanov bələdiyyəsi olaraq hər bir müraciəti diqqət saxlayır, bu müraciəti bələdiyyə iclasında müzakirəyə çıxarır və icrası ilə bağlı qərar qəbul edirik”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Ruhin Orucov bildirib.
Sədr qeyd edib ki, Bakıxanov bələdiyyəsi olaraq əsas məqsədimiz həm də vətəndaş məmnunluğunun təmin edilməsinə çalışmaqdır.
Həyata keçirdiyimiz layihələrin böyük bir qismi məhz vətəndaş müraciətlərinin icrası ilə bağlıdır. Bu günlərdə həyata keçirdiyimiz layihədə məhz bu məqamla bağlı olub. Belə ki, Sabunçu rayonu Bakıxanov qəsəbəsi E. Xəlilov 1 b və Telman küçəsi 8 a saylı çoxmənzilli yaşayış binalarının həyətinə sakinlərin arzu və istəyi ilə yeni söhbətgah quraşdırılmış, oturacaqlar təmir olunmuşdur.
Bələdiyyənin bu addımını sakinlər razılıqla qarşılamışlar.
İlin sonunadək bələdiyyə maliyyə imkanları çərçivəsində daha bir neçə bu tipli layihənin icrasını nəzərdə tutur.
Belediyye.info
Rəylər
0 Rəy