Tədbir Zirə bələdiyyəsinin inzibati binasında keçirilib
03.09.2025-ci il tarixində Zirə bələdiyyəsinin inzibati binasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən tədbir keçirildi.
Tədbirdə
uşaqların böyüməsi prosesində ortaya çıxan problemlər, yeniyetməlik çağlarında
valideynlər və uşaqlar arasında fikir ayrılıqları, uşaqlar arasında
ayrı-seçkilik və tərbiyə zamanı yaranan digər problemlər müzakirə olundu. Tədbirdə
uşaqların sağlam ailə mühitində böyüdülməsinin zəruriliyi vurğulandı, sevgi ilə
böyüyən balaların gələcək həyatda cəmiyyətdə üstün mövqe tutacaqlarından söhbət
açıldı. Həmçinin iştirakçılara pedaqoji və psixoloji məsləhətlər verildi.
Bu tip tədbirlərin keçirilməsi həm uşaqlar, həm də valideynlər üçün maarifləndirici və yolgöstərən əhəmiyyət kəsb edir.
Rəylər
0 Rəy