Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

22-09-2025 , 00:52

1176

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

İsrafil Hüseynov: “Bu gün bələdiyyə qulluqçusu özünü cəmiyyətdə əhalinin problemlərinin həllində fəal iştirak edən şəxs hesab edir”

 “Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın sürətli sosial-iqtisadi yüksəlişi vətəndaşlara daha asan və əlçatan xidmətin göstərilməsini şərtləndirir, bununla bağlı bələdiyyələrdə də fəaliyyətinin təkmilləşdirilməsi üzrə ardıcıl tədbirlər görülməkdədir”- bu fikirləri Xəzər rayonu Buzovna bələdiyyəsinin sədri İsrafil Hüseynov bildirib.

BAMS proqramının təkmilləşdirilməsi, proqramın ƏMDX məlumat sisteminə inteqrasiya edilməsi və digər yeniliklərin tətbiq sayəsində büdcə gəlirlərində artımın müşahidə edilməsi nəticə etibari ilə vətəndaş məmnunluğunun təmin edilməsinə şərait yaratmaqdadır.

Əhaliyə göstərilən xidmətlər ilk növbədə vətəndaşların müraciətlərinə diqqət və qayğı ilə yanaşılması, məmnunluğun təmin edilməsi, vətəndaş-bələdiyyə münasibətlərinin sağlam zəmində qurulması tələb olunur.

Bu mənada ölkə başçısının və Birinci vitse-prezident  xanım  Mehriban Əliyevanın vətəndaşlara həssas münasibəti, sosial təşəbbüsləri və çağırışları hər bir bələdiyyə işçisinin, deyərdim ki, bütün bələdiyyələrin fəaliyyət prinsipinə çevrilib. Bu gün ölkəmizin sosial-iqtisadi tərəqqisinin davamlılığı, bələdiyyələri daha çox əhalinin sosial problemlərinin həllinə yönəlmiş layihələrdə yaxından iştiraka bir növ təhrik edir.

Sədr   qeyd edib ki, bu gün bələdiyyə qulluqçusu özünü cəmiyyətdə əhalinin problemlərinin həllində fəal iştirak edən şəxs hesab edir və bu prinsipi vətəndaşlıq borcu olaraq öz fəaliyyətində rəhbər tutur.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər