Qəsəbə ahilları ziyarət olunub
1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının Sahil qəsəbə İƏD-i üzrə nümayəndəsi Ə.Əliyev və Sahil Bələdiyyəsinin sədri R.Hüseynov qəsəbədə yaşayan ahıl sakinləri ziyarət etmişlər.
Ziyarət çərçivəsində qəsəbənin uzunömürlü sakinlərindən — 99
yaşlı Məmmədova Mərcan Abdul qızı və 98 yaşlı Cəlilov Azər Ağəli oğlu evlərində
ziyarət olunmuşdur.
Görüş zamanı nümayəndəlik və bələdiyyə rəhbərləri ahıl
sakinləri bu əlamətdar gün münasibətilə səmimi-qəlbdən təbrik etmiş, onlara
möhkəm can sağlığı, uzun və firavan ömür arzulamışlar. Qeyd olunmuşdur ki,
yaşlı nəslin nümayəndələri cəmiyyətin mənəvi dayağıdır, onların həyat və əmək təcrübəsi
gənc nəsil üçün örnəkdir. Ahıl insanlara diqqət və qayğı göstərmək isə hər
birimizin mənəvi borcudur.
Ziyarət zamanı onlara kiçik hədiyyələr təqdim edilmiş, gündəlik qayğıları və sağlamlıq vəziyyətləri ilə maraqlanılmışdır. Yaşlı sakinlər göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirmiş, dövlət tərəfindən ahıl nəslə göstərilən hörmət və ehtiramdan məmnunluq duyduqlarını qeyd etmişlər.
Sahil bələdiyyəsi
Rəylər
0 Rəy