İsrafil Hüseynov: “Görülən işlərin sürəti sakinlərin vergilərini vaxtında ödəməsindən çox asılıdır”
“Xəzər rayonu, Buzovna qəsəbəsində həyata keçirilən abadlıq-quruculuq işlərinə yerli bələdiyyə də öz töhfəsini hər zaman verir”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri İsrafil Hüseynov deyib.
Sakinlərlə keçirilən görüşlərdə qaldırılan məsələlərin icrası ilə bağlı bu gün ciddi addımlar atılır. Sədr qeyd edib ki, məhz sakinlərin müraciətlərinə uyğun olaraq qəsəbənin A.Sultanova küçəsində 2279 kv.metr, M.Lermontov küçəsində isə 410 kv.metr yeni asfalt örtüyü çəkilmişdir.
Sədr qeyd edib ki, maliyyə imkanları çərçivəsində ilin sonunadək daha bir neçə küçədə bu tipli layihələrin icrasını bələdiyyə həyata keçirəcəkdir.
Ancaq nəzərə alaq ki, görülən işlərin sürəti sakinlərin vaxtlı-vaxtında vergilərinin ödəməsindən çox asılıdır.
Məhz fürsətdən istifadə edib vergi ödəyicilərinə müraciət edərək tövsiyə edirik ki, vergilərini noyabr ayının 15- dək ödəsinlər. Hər halda ləngimələr olarsa qanunauyğun olaraq hər ləngidilmiş günə dəbbə pulu hesablanacaqdır.
Sədr qeyd edib ki, bələdiyyənin vergi xidmətinin fəaliyyəti sayəsində cari ildə büdcə gəlirlərində ciddi artım müşahidə olunur. Lakin unutmayaq ki, hər bir vergi ödəyicisi vaxtında ödəmiş olsa, onlarında qaldırdığı problem sürətli şəkildə öz həllini tapar.
Rəylər
0 Rəy