Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

22-11-2025 , 11:15

814

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

22 noyabr – Ədliyyə işçilərinin peşə bayramıdır


Bu bayram Ümummilli Lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə təsis edilmişdir. Artıq 25 ildir ki, ədliyyə orqanları öz şərəfli fəaliyyəti ilə ədalətin bərqərar olmasına, hüquq və qanunçuluğun qorunmasına mühüm töhfələr verir.

Bu əlamətdar gün münasibətilə başda Ədliyyə Naziri cənab Fərid Əhmədov başda olmaqla bütün ədliyyə işçilərinə, eləcə də Bələdiyyələrlə İş Baş İdarəsinin rəhbərliyinə  və bütün əməkdaşlarına səmimi təbriklərimizi bildirir, onlara fəaliyyətlərində davamlı uğurlar və yeni nailiyyətlər arzulayırıq.

Bu gün həmçinin Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Baş İdarəsinin rəisi cənab Elmin Həsənovun adını qeyd etmək istərdik. Onun və peşəkar kollektivinin bələdiyyələrlə, o cümlədən Binəqədi qəsəbə Bələdiyyəsi ilə bağlı göstərdiyi daimi diqqət və qayğı, operativ dəstək, peşəkar yanaşma və səmimi əməkdaşlıq bizim üçün mühüm əhəmiyyət kəsb edir.

 Elmin müəllimin rəhbərliyi altında Bələdiyyələrlə İş Baş İdarəsi ilə Bələdiyyəmiz arasında formalaşmış qarşılıqlı hörmət və işgüzar münasibətlər bizim üçün xüsusi əhəmiyyət daşıyır.

Qeyd edirik ki, Bələdiyyələrlə İş Baş İdarəsinin mütəmadi olaraq təşkil etdiyi online seminarlar, maarifləndirici təlimlər və izah xarakterli görüşlər bələdiyyə əməkdaşlarının bilik və bacarıqlarının artırılmasına, hüquqi proseslərin daha dəqiq və düzgün icra olunmasına böyük töhfə verir. Bu təşəbbüslər həm nəzəri, həm də praktiki baxımdan bizim üçün son dərəcə dəyərlidir.

 

 Hörmətlə,                                                                                                       

Binəqədi rayonu,  Binəqədi qəsəbə Bələdiyyəsi

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər