22 noyabr – Ədliyyə işçilərinin peşə bayramıdır
Bu
bayram Ümummilli Lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı
ilə təsis edilmişdir. Artıq 25 ildir ki, ədliyyə orqanları öz şərəfli fəaliyyəti
ilə ədalətin bərqərar olmasına, hüquq və qanunçuluğun qorunmasına mühüm töhfələr
verir.
Bu əlamətdar
gün münasibətilə başda Ədliyyə Naziri cənab Fərid Əhmədov başda olmaqla bütün ədliyyə
işçilərinə, eləcə də Bələdiyyələrlə İş Baş İdarəsinin rəhbərliyinə və bütün əməkdaşlarına səmimi təbriklərimizi
bildirir, onlara fəaliyyətlərində davamlı uğurlar və yeni nailiyyətlər
arzulayırıq.
Bu
gün həmçinin Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Baş İdarəsinin rəisi cənab
Elmin Həsənovun adını qeyd etmək istərdik. Onun və peşəkar kollektivinin bələdiyyələrlə,
o cümlədən Binəqədi qəsəbə Bələdiyyəsi ilə bağlı göstərdiyi daimi diqqət və
qayğı, operativ dəstək, peşəkar yanaşma və səmimi əməkdaşlıq bizim üçün mühüm əhəmiyyət
kəsb edir.
Elmin müəllimin rəhbərliyi altında Bələdiyyələrlə
İş Baş İdarəsi ilə Bələdiyyəmiz arasında formalaşmış qarşılıqlı hörmət və
işgüzar münasibətlər bizim üçün xüsusi əhəmiyyət daşıyır.
Qeyd
edirik ki, Bələdiyyələrlə İş Baş İdarəsinin mütəmadi olaraq təşkil etdiyi
online seminarlar, maarifləndirici təlimlər və izah xarakterli görüşlər bələdiyyə
əməkdaşlarının bilik və bacarıqlarının artırılmasına, hüquqi proseslərin daha dəqiq
və düzgün icra olunmasına böyük töhfə verir. Bu təşəbbüslər həm nəzəri, həm də
praktiki baxımdan bizim üçün son dərəcə dəyərlidir.
Hörmətlə,
Binəqədi
rayonu, Binəqədi qəsəbə Bələdiyyəsi
Rəylər
0 Rəy