Mərdəkan bələdiyyəsində Korrupsiyaya qarşı mübarizəyə dair dəyirmi masa keçirilib
Xəzər rayonu Mərdəkan bələdiyyəsində “Korrupsiyaya qarşı mübarizə” mövzusunda dəyirmi masa təşkil olunmuşdur. Tədbirdə Xəzər rayon İcra Hakimiyyəti Aparatının nümayəndəsi, rayonun bələdiyyə sədrləri, müavinləri və bələdiyyə qulluqçuları iştirak ediblər.
Tədbiri Mərdəkan
bələdiyyə sədri açaraq qeyd etdi ki, dövlət səviyyəsində görülmüş məqsədyönlü
işlər korrupsiya və rüşvətxorluğa qarşı davamlı mübarizənin, dövlət başçısı cənab
İlham Əliyevin neqativ halların tam aradan qaldırılmasına yönəlmiş siyasi idarəsinin
qətiyyətlə həyata keçirildiyinin göstəricisidir.
Korrupsiyaya
qarşı mübarizə tədbirlərinin davamlılığını təmin etmək, həmçinin korrupsiyaya şərait
yaradan halların qarşısının alınması məqsədilə, ölkə başçısının 04.04.2022-ci
il tarixli, 3199 nömrəli Sərəncamı ilə Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə
dair, 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı təsdiq edilmişdir.
Bələdiyyə
sədri diqqətə çatdırdı ki, korrupsiya, cəmiyyətin inkişafını əngəlləyən, dövlətin
idarəetmə sisteminə və vətəndaşların hüquqlarına ciddi zərər vuran bir sosial xəstəlikdir.
Həmçinin tədbir
iştirakçılarının nəzərə çatdırdı ki, Ədliyyə Nazirliyinin bələdiyyələrlə İş Baş
İdarəsi tərəfindən “Yerli özünüidarəetmədə antikorrupsiya və şəffaflıq”
mövzusunda tərtib edilmiş metodik vəsait bələdiyyə üzv və qulluqçularının
hüquqi biliklərinin artırılmasında səmərəli maarifçilik vasitələrindən biridir.
Tədbirdə
çıxış edənlər qeyd etdilər ki, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan
Respublikasının Qanununda korrupsiyaya verilmiş anlayış barədə və “Korrupsiyaya
qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi
barədə” 07.03.2025-ci il tarixli, Azərbaycan Respublikasının Qanunu qəbul
edilmişdir. Yerli özünüidarəetmə sahəsində Milli Fəaliyyət Planının tətbiqi
xüsusi önəm daşıyır.
Diqqətə
çatdırıldı ki, bələdiyyələrin fəaliyyət sahəsi vətəndaşlarla birbaşa təmasda
dayandığı üçün, burada şəffaf və korrupsiyadan azad idarəetmə mexanizmlərin
qurulması, ictimai inamın formalaşdırılması baxımından həlledici əhəmiyyət
daşıyır.
Mövzu ilə əlaqədar bələdiyyə tərəfindən hazırlanmış maarifləndirici bukletlər hər bir qəsəbənin sakinləri arasında paylanılması nəzərə tutuldu.
Mərdəkan bələdiyyəsi
Rəylər
0 Rəy