Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

26-12-2025 , 23:38

1588

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

 Mərdəkan bələdiyyəsində Korrupsiyaya qarşı mübarizəyə dair dəyirmi  masa keçirilib

Xəzər rayonu Mərdəkan bələdiyyəsində “Korrupsiyaya qarşı mübarizə” mövzusunda dəyirmi masa təşkil olunmuşdur. Tədbirdə Xəzər rayon İcra Hakimiyyəti Aparatının nümayəndəsi, rayonun bələdiyyə sədrləri, müavinləri və bələdiyyə  qulluqçuları iştirak ediblər. 

Tədbiri Mərdəkan bələdiyyə sədri açaraq qeyd etdi ki, dövlət səviyyəsində görülmüş məqsədyönlü işlər korrupsiya və rüşvətxorluğa qarşı davamlı mübarizənin, dövlət başçısı cənab İlham Əliyevin neqativ halların tam aradan qaldırılmasına yönəlmiş siyasi idarəsinin qətiyyətlə həyata keçirildiyinin göstəricisidir.

Korrupsiyaya qarşı mübarizə tədbirlərinin davamlılığını təmin etmək, həmçinin korrupsiyaya şərait yaradan halların qarşısının alınması məqsədilə, ölkə başçısının 04.04.2022-ci il tarixli, 3199 nömrəli Sərəncamı ilə Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair, 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı təsdiq edilmişdir.

Bələdiyyə sədri diqqətə çatdırdı ki, korrupsiya, cəmiyyətin inkişafını əngəlləyən, dövlətin idarəetmə sisteminə və vətəndaşların hüquqlarına ciddi zərər vuran bir sosial xəstəlikdir.

Həmçinin tədbir iştirakçılarının nəzərə çatdırdı ki, Ədliyyə Nazirliyinin bələdiyyələrlə İş Baş İdarəsi tərəfindən “Yerli özünüidarəetmədə antikorrupsiya və şəffaflıq” mövzusunda tərtib edilmiş metodik vəsait bələdiyyə üzv və qulluqçularının hüquqi biliklərinin artırılmasında səmərəli maarifçilik vasitələrindən biridir.

Tədbirdə çıxış edənlər qeyd etdilər ki, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda korrupsiyaya verilmiş anlayış barədə və “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 07.03.2025-ci il tarixli, Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Yerli özünüidarəetmə sahəsində Milli Fəaliyyət Planının tətbiqi xüsusi önəm daşıyır.

Diqqətə çatdırıldı ki, bələdiyyələrin fəaliyyət sahəsi vətəndaşlarla birbaşa təmasda dayandığı üçün, burada şəffaf və korrupsiyadan azad idarəetmə mexanizmlərin qurulması, ictimai inamın formalaşdırılması baxımından həlledici əhəmiyyət daşıyır.

Mövzu ilə əlaqədar bələdiyyə tərəfindən hazırlanmış maarifləndirici bukletlər hər bir qəsəbənin sakinləri arasında paylanılması nəzərə tutuldu.

Mərdəkan bələdiyyəsi

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər