Seymur Həsənov: “Bu gün icra-probasiya şöbəsi ilə səmərəli əməkdaşlıq sayəsində bələdiyyə büdcəsinə kifayət qədər vəsaiti cəlb edə bilmişik”
“Badamdar bələdiyyəsi olaraq bizdə qəsəbəmizin sosial-iqtisadi inkişafı ilə bağlı Səbail RİH-in həyata keçirdiyi layihələrə daim öz töhfəmizi verməyə çalışırıq”- bu fikirləri Səbail rayonu Badamdar bələdiyyəsinin sədri Seymur Həsənov deyib.
Sədr qeyd edib ki,
cari ilin onbir
ayı ərzində Badamdar bələdiyyəsinin vergi xidməti orqanının
sistemli fəalyyəti sayəsində büdcə gəlirlərində
27 faizlik artım müşahidə olunub.
Vergi
xidməti orqanın əsas fəaliyyəti həm vergi ödəyicilərini maarifləndirmək, həm
borclu vətəndaşlarla izahat işlərini aparmaqdır. Böyük məbləğdə vergi borcu olanlar
barəsində isə bələdiyyə iclasında təsdiq edilmiş aktları bəzən icra-probasiya
şöbəsinə göndərmək məcburiyyətində oluruq. Cari ildə 90 vergi ödəyicisi barəsində
tərtib olunmuş akt müvafiq quruma göndərilmiş, bu günədək isə onun 54-i vergi
ödəyicisi vergi borcunu ödəmiş, digərləri isə ödəmək ərəfəsindədirlər. Bu gün icra probasiya şöbəsi ilə səmərəli əməkdaşlıq
sayəsində bələdiyyə büdcəsinə kifayət qədər vəsaiti cəlb edə bilmişik.
Hazırda
bələdiyyənin üzləşdiyi əsas problem ərazidə hüquqi statusu bəlli olmayan əmlakın
olmasıdır. Məhz belə bir vəziyyət onları vergiyə vəlb etməyi mümkünsüz edir.
Bununla yanaşı BAMS-ın möbil notariat sisteminə inteqrasiya
edilməsi məsələsi sürətlənmiş olsa bələdiyyənin büdcə gəlirlərində ciddi şəkildə
artıma nail ola bilərik.
Belediyye.info
Rəylər
0 Rəy