Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

27-12-2025 , 11:02

1311

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Seymur Həsənov: “Bu gün  icra-probasiya şöbəsi ilə səmərəli əməkdaşlıq sayəsində bələdiyyə büdcəsinə kifayət qədər vəsaiti cəlb edə bilmişik”

“Badamdar bələdiyyəsi olaraq bizdə qəsəbəmizin sosial-iqtisadi inkişafı ilə bağlı Səbail RİH-in həyata keçirdiyi layihələrə daim öz töhfəmizi verməyə çalışırıq”- bu fikirləri Səbail rayonu Badamdar bələdiyyəsinin sədri Seymur Həsənov deyib.

Sədr qeyd edib ki,  cari ilin onbir ayı ərzində Badamdar bələdiyyəsinin vergi xidməti orqanının sistemli  fəalyyəti sayəsində büdcə gəlirlərində 27 faizlik artım müşahidə olunub.

Vergi xidməti orqanın əsas fəaliyyəti həm vergi ödəyicilərini maarifləndirmək, həm borclu vətəndaşlarla izahat işlərini aparmaqdır. Böyük məbləğdə vergi borcu olanlar barəsində isə bələdiyyə iclasında təsdiq edilmiş aktları bəzən icra-probasiya şöbəsinə göndərmək məcburiyyətində oluruq. Cari ildə 90 vergi ödəyicisi barəsində tərtib olunmuş akt müvafiq quruma göndərilmiş, bu günədək isə onun 54-i vergi ödəyicisi vergi borcunu ödəmiş, digərləri isə ödəmək ərəfəsindədirlər. Bu gün  icra probasiya şöbəsi ilə səmərəli əməkdaşlıq sayəsində bələdiyyə büdcəsinə kifayət qədər vəsaiti cəlb edə bilmişik.

Hazırda bələdiyyənin üzləşdiyi əsas problem ərazidə hüquqi statusu bəlli olmayan əmlakın olmasıdır. Məhz belə bir vəziyyət onları vergiyə  vəlb etməyi mümkünsüz edir.

Bununla yanaşı BAMS-ın möbil notariat sisteminə inteqrasiya edilməsi məsələsi sürətlənmiş olsa bələdiyyənin büdcə gəlirlərində ciddi şəkildə artıma nail ola bilərik.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Elxan Oqtay oğlu İbrahimov kimdir?


Bakı
12-11-2025
1658