Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

19-01-2026 , 11:46

998

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Xocasən bələdiyyəsi hesabat verdi

Binəqədi rayonu Xocasən bələdiyyəsi 2025-ci ildəki fəaliyyəti barədə ictimaiyyətə illik  hesabatını təqdim edib. Bələdiyyənin iclas zalında baş tutan yığıncaqda bələdiyyə üzv və qulluqçuları, qəsəbə agsaqqaları və ziyalıları, sakinlər, məhəllə komitələrinin üzvləri, KİV və QHT  nümayəndələri iştirak ediblər. Bu barədə məlumat adıçəkilən bələdiyyədən daxil olub.

Hesabat məruzəsi ilə bələdiyyənin sədri Nigar Məmmədova çıxış edib. O, bələdiyyənin bir il ərzində gördüyü işlər haqqında - yerli büdcənin gəlir və xərclərindən, keçirilən mədəni-kütləvi və idman tədbirlərindən, aparılmış abadlıq işlərindən, sosial layihələrdən geniş məlumat verməklə, qarşıda duran vəzifələrdən danışıb.

Məruzə ətrafında çıxış edən natiqlər bələdiyyənin illik fəaliyyətinə münasibətlərini bildirərək öz təklif və tövsiyələrini bildiriblər.

Toplantı iştirakçılarının təklifi ilə Xocasən bələdiyyəsinin 2025-ci ildəki fəaliyyəti qənaətbəxş hesab edilib.

Belediyye.info 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər