Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

24-06-2025 , 00:32

1818

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Bələdiyyələr və  Qiymətləndirmə Palatası:   münasibətlər necə tənzimlənir? 

"Qiymətləndirmə fəaliyyəti haqqında" və "Bələdiyyə torpaqları haqqında" müvafiq Qanunlara əlavə və dəyişikliklər çox sürətli şəkildə Milli Məclis tərəfindən təsdiqləndi və ölkə başçısının imzası ilə qüvvəyə mindi. Etiraf edim ki, bu iki qanuna dəyişikliyin belə sürətlə qüvvəyə minəcəyinə inanmırdım. Nə isə... 

Düşünürəm ki, bu dəyişikliyin edilməsində əsas məqsəd bələdiyyələrdə mövcud olan neqativ halların qarşısını almaq olub.  Əslində o neqativlər tək bələdiyyədə deyil, həm də bilavasitə əmlakı sənədləşdirən orqanda daha çox rast gəlinirdi.  Bu dəyişkliklərin bütünlükdə hüquqi statusu bəlli olmayan əmlakların sənədləşdirilməsi ilə bağlı həyata keçiriləcək dövlət proqramının tərkib hissəsi  kimi qəbul edilsəydi, bəlkədə, daha məqbul sayılardı.  Bu gün bir milyondan artıq əmlak sahibi  çıxarışın veriləcəyi günü  səbrsizliklə gözləyir. Nə isə... 

Belə olan halda bundan sonra bələdiyyə tərəfindən satışa çıxarılan torpaq sahəsinə qiymət hansı meyarlarla müəyyən ediləcək? Bu meyarlara nələr daxildir? Bilən varmı? Palatanın bununla bağlı hansısa normativ-hüquqi aktlara söykənən açıqlaması varmı?

Göründüyü kimi, hər kəsi, o cümlədən bələdiyyələri narahat edən çoxsaylı suallar var. Suallardan biri də həyətyanı sahədə artıq olan və müvafiq orqan tərəfindən bəzən  zəbt kimi qeyd edilən topraq  sahəsi sənədləşdirilərkən o hansı qiymətə hesablanacaq? Bilən varmı. Palata üzvləri bilirmi ki, keçmiş sovet dövründə  sakinə həyətyanı sahə kimi bir çox hallarda 18 sot nəzərdə tutulurdu. Və ən əsası sovetlərdən əvvəlki illərdə 25 sotdan artıq torpaq sahəsi  olan  kifayət qədər vətəndaşlarımız var. Bu gün elə bir torpaq əmlak sahibi yoxdur ki, bu və ya digər səbəbdən onda artıq torpaq sahəsi olmasın. Yaxşı bəs, bu torpaqların qiymətləndirilməsini Palata necə aparacaq, bilən varmı? 

Bütün hallarda həmin torpaq sahəsi vətəndaşın istifadəsindədir. Əlli ildən artıq istifadəsində olan torpaq sahəsinin vətəndaşdan alınması isə bütün hallarda sual altındadır. Düşünürəm ki, bu mümkünsüzdür.  Belə olan halda həmin torpaq sahəsini vətəndaşa bazar qiyməti ilə təklif ediriksə, necə düşünürsünüz , vətəndaş bu alqı-satqıya gedəcəkmi? 

Bu problem, paytaxt istisna olmaqla, respublikanın bütün rayonlarında var. Və bu gün 1-3 sotluq əraziləri sənədləşdirib, büdcəsinə əlavə maliyyə vəsaiti cəlb etmək niyyətində olan yüzlərcə bələdiyyə var. İndi onların düşdüyü durumu təsəvvür edin.  Nə isə...

Qeyd edilənlərdən belə qənaətə gəlmək olar ki, bələdiyyələrlə  Qiymətləndirmə Palatası arasında münasibətlərin tənzimlənməsi müvafiq qurumların diqqət mərkəzində olmalı və  yuxarıda qeyd edilən suallara aydınlıq gətirilməlidir.

Vüqar Tofiqli 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Deputatların bələdiyyələrə münasibəti

Gündəlik Xəbərlər
14-02-2026
861

Keçən il 43 bələdiyyə sədri məsuliyyətə cəlb edilib

Gündəlik Xəbərlər
09-02-2026
723

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026
677

Azərbaycanda nə qədər qadın bələdiyyə üzvü var?


Gündəlik Xəbərlər
09-02-2026
546

Suleyman Mikayılovu bu şəxs əvəz edəcək

Gündəlik Xəbərlər
02-02-2026
739

2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur

Gündəlik Xəbərlər
02-02-2026
560

Qaradağın icra başçısı vəzifəsindən azad edildi

Gündəlik Xəbərlər
30-01-2026
760

Bu sözləri niyə onlar barəsində demək olmur? CİDDİ

Gündəlik Xəbərlər
28-01-2026
951

Nazirlik videoqəbul keçirib

Gündəlik Xəbərlər
26-01-2026
635

Sağlam təməl üzərində qazanılan böyük uğur

Gündəlik Xəbərlər
22-01-2026
1038