Bələdiyyələrlə iş baş idarəsi tərəfindən seminar-təlimlər keçirilib
Avqust ayının 21-də Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsi tərəfindən Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının məsul nümayəndəsinin və Bakı şəhəri üzrə bələdiyyələrin iştirakı ilə seminar-təlimlər keçirilib.
Videokonfrans
formatında keçirilən təlimlər “Yerli özünüidarəetmədə antikorrupsiya və şəffaflıq”
və “Yerli özünüidarəetmədə əhalinin iştirakı və görülmüş işlər barədə yerli əhalinin
məlumatlılığının artırılması” mövzularını əhatə edib.
Seminarlarda cari ildə bələdiyyələrə təqdim edilmiş “Yerli özünüidarəetmədə antikorrupsiya və şəffaflıq” başlıqlı metodik vəsait müzakirə olunub, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklə müəyyənləşdirilmiş yeni anlayışlar, yerli özünüidarəetmədə korrupsiya riskləri, bələdiyyə fəaliyyətində yol verilən pozuntular, o cümlədən korrupsiya hüquqpozmalarına şərait yaradan, bir-biri ilə səbəb-nəticə əlaqəli amillərlə bağlı aparılan təhlillər barədə məlumat verilib.
Ədliyyə Nazirliyi
Rəylər
0 Rəy