Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

27-08-2025 , 01:04

1251

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Bələdiyyələrlə iş baş idarəsi tərəfindən   seminar-təlimlər keçirilib

Avqust ayının 21-də Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsi tərəfindən Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının məsul nümayəndəsinin və Bakı şəhəri üzrə bələdiyyələrin iştirakı ilə seminar-təlimlər keçirilib.

Videokonfrans formatında keçirilən təlimlər “Yerli özünüidarəetmədə antikorrupsiya və şəffaflıq” və “Yerli özünüidarəetmədə əhalinin iştirakı və görülmüş işlər barədə yerli əhalinin məlumatlılığının artırılması” mövzularını əhatə edib.

Seminarlarda cari ildə bələdiyyələrə təqdim edilmiş “Yerli özünüidarəetmədə antikorrupsiya və şəffaflıq” başlıqlı metodik vəsait müzakirə olunub, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklə müəyyənləşdirilmiş yeni anlayışlar, yerli özünüidarəetmədə korrupsiya riskləri, bələdiyyə fəaliyyətində yol verilən pozuntular, o cümlədən korrupsiya hüquqpozmalarına şərait yaradan, bir-biri ilə səbəb-nəticə əlaqəli amillərlə bağlı aparılan təhlillər barədə məlumat verilib.

 Ədliyyə Nazirliyi

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Nazir bu şəhərdə vətəndaşları qəbul edəcək

Gündəlik Xəbərlər
29-10-2025
734

Bu gün Azərbaycanda Dövlət Suverenliyi günüdür


Gündəlik Xəbərlər
20-09-2025
710

Regional məsələlər komitəsinin iclası keçirilib

Gündəlik Xəbərlər
16-09-2025
621