Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

06-01-2026 , 11:11

800

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

"Saf, təmiz kadrların yetişdirilməsi daha vacib məsələdir"

Cənab Prezidentin yerli telekanallara müsahibəsini diqqətlə dinlədim. Müsahibədə diqqətimi çəkən mövzuları təkrar dinlədim və bəzi məsələlərə münasibət bildirməyi özümə borc bilirəm.
Mənə maraqlı gələn məqam ondadır ki, son vaxtlar işdən azad edilən məmurlar, əslində siyasi rəhbərlər, ölkə başçısının son müsahibəsində söylədiyi fikirlərə qulas asıblarmı və yaxud oxudularmı. İndi nə düşünürlər? Peşimançılıq hissi keçirirlərmi ki, niyə nəfsimə sahib çıxa bilmədim, niyə etimadı doğrultmadım. Heç utanıb yerə girirlərmi?
Bu gün vəzifə başında olan RİH başçılarının bir qsimi əslində vəzifələrini könüllü tərk etməlidirlər. Çünki onlar arasında yaşlısı olsun, istərsə də cavanı həqiqətən yerlərdə hörmət nüfuz qazanmaq əvəzinə, əksinə fəaliyyətləri ilə RİH başçısının olan qalan nüfuzunu da aşağı salmaqdadırlar.
Haqlı olaraq cənab Prezident deyir ki, "biz hamımız cəmiyyətdə olan problemlərə, kadrlarla bağlı məmur özbaşınalığına daha dözülməz olmalıyıq, mən başda olmaqla, hamımız daha dözülməz olmalıyıq”.
Cənab Prezident çox haqlı deyir.
Bəzən məmur hansısa maraq naminə "pəncərəni qapıya" çevirməyə göz yumursa, boş bir ərazidə park salmaq əvəzinə hansısa tikintinin inşasına imkan verirsə və bizdə bu məqamda susuruqsa demək susmağımızla siyasi rəhbərə "haram pul qazanmağa" şərait yaratmış oluruq.
Mən əslində icra başçılarının fəaliyyətinə veriləcək qiyməti onların bələdiyyələrə göstərdiyi münasibətlə ölçərdim.
Yəni RİH başçısı bələdiyyənin rəy məktublarına cavab vermirsə, cavabları illərlə uzadırsa, bələdiyyənin həyata keçirdiyi layihələri konkret olaraq öz adlarına çıxırsa, özlərinin paylaşdıqları məlumatda belə bələdiyyənin adı çəkilmirsə, habelə bələdiyyənin əldə etdiyi vergiyə göz dikirsə, öz həyat yoldaşlarını , yaxın qohum əqrabələrını bələdiyyədə vəzifəyə təyin etdirirsə, hətta şəhid məzarını ziyarət edərkən gül dəstələrini bələdiyyə sədrlərinə aldırırsa buna nə ad verəsən?
Fikrimcə, bu gün siyasi rəhbərlərin fəaliyyətininin qiymətləndirilıməsinin bir mərhələsi də məhz bu indikatora söykənməlidir.
Cənab Prezident çıxışında daha sonra qeyd edir ki, “məni məyus edən də odur ki, əfsuslar olsun, gənc kadrlar arasında da pozuntulara yol verənlər var. Yəni burada gənc nəsil, yaşlı nəsil söhbəti getmir. İnsanların keyfiyyətindən söhbət gedir, ailədə, məktəbdə, cəmiyyətdə aldığı tərbiyədən söhbət gedir."
Ölkə başçısının bu fikirlərində əslində çox ciddi məqamlar var. İşdən azad olunanlar məhz bu fikri təkrar - təkrar oxumalıdırlar.
Sözünə davam edərək daha sonra Prezident qeyd edir:
"Ona görə etimad göstərilir, onu doğruldan həmişə dəstəklənir. Mən həmişə kadrlara ədalətli olmuşam. Amma etimadı doğrultmayan, əyri yola gedənlər, əlbəttə ki, ya cinayət məsuliyyətinə cəlb edilir, - belə hallar kifayət qədər çoxdur, - ya da ki, inzibati qaydada cəzalandırılır. Nə deyə bilərəm, mən davam edəcəyəm, bu proses hamar deyil. Struktur islahatlarının aparılması təbii ki, vacibdir. Amma saf, təmiz kadrların yetişdirilməsi ondan daha vacib məsələdir və mənim təcrübəm onu göstərir ki, bu, daha vacib məsələdir, nəinki struktur dəyişiklikləri”, - deyə dövlət başçısı qeyd edib.
Bəli, cənab Prezidentin bu çıxışı əslində məmurlar üçün növbəti bir dərsdir. Və bu dərsdən onların hər biri, o cümlədən bələdiyyələrdə nəticə çıxarmalı və vətəndaş məmnunluğunun təmin edilməsini təmin etməli və ən əsası etimadı doğrultmalıdırlar. Konkret.
Vüqar Tofiqli

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Nazirlik videoqəbul keçirib

Gündəlik Xəbərlər
26-01-2026
441

Sağlam təməl üzərində qazanılan böyük uğur

Gündəlik Xəbərlər
22-01-2026
764

“Onu bir aydan sonra vəzifəsindən çıxartmışam”

Gündəlik Xəbərlər
06-01-2026
825

JEK"lər ləğv edilməyək.....

Gündəlik Xəbərlər
05-01-2026
689

Söz versə də,...

Gündəlik Xəbərlər
30-12-2025
1115

Bu gün Prezidentin doğum günüdür

Gündəlik Xəbərlər
24-12-2025
1038

Mədəni irsin qorunması ilə bağlı yanlışlar

Gündəlik Xəbərlər
23-12-2025
701

Cari ildə bələdiyyələrə subvensiya niyə ayrılmadı?

Gündəlik Xəbərlər
21-12-2025
716

Geriyə baxanda... 

Gündəlik Xəbərlər
17-12-2025
854