Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

06-06-2023 , 08:48

10266

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

“Azərpoçt”da  aparılan islahatın vətəndaş və  bələdiyyələrə  göstərdiyi “yan təsiri”

Bu gün bələdiyyələrin daimi olaraq əməkdaşlıq etdiyi qurumlardan biri də “Azərpoct” MMC-dır. Belə ki, ölkədə formalaşan  1606 bələdiyyənin bank hesabı məhz bu qurumda açılıb və bütün əməliyyatlar da həmin hesab vasitəsiylə həyata keçirilir. Etiraf edək ki, bu addımın atılması həmdə qurumu rentabelli bir müəssisəyə çevirmək idi. “Azərpoçt” MMC-də xidmət səviyyəsini artımaqla illik 40 milyon manatdan artıq dövriyyəsi olan bələdiyyələrə əməkdaşlığa maraqlı idi. Lakin hazırda qurumda aparılan islahatlar nəticə etibarıylə həm bələdiyələrə, həm də vətəndaşa öz mənfi təsirini  göstərmiş olur. Bu mövzuya daha ətraflı növbəti yazıda toxunacağıq.

Quruma ünvanladığımız suala “Azərpoçt” MMC-nın mətbuat katibi Afaq İbrahimova  cavablandırıb.

Qurum rəsmisi “Azərpoçt”un rayon şöbələrində birləşdirmə aparılması hansı məqsəd daşıyır” sualınıza cavab olaraq bildirib ki, bu gün “Azərpoçt” MMC tərəfindən aparılan şöbələrin birləşməsi siyasəti universal poçt xidmətlərinin tələbatı əsasında effektiv və optimal idarəetmə təcrübəsinin və əməliyyat sisteminin qurulması məqsədi daşıyır.

“Birləşdirmə aparılarkən bələdiyyələrin bank hesabı dəyişir və bu da öz növbəsində bələdiyyələrə müəyyən problem yaradır” sualınıza gəldikdə isə bildirilib ki, müvafiq məsələ Azərbaycan Respublikasının Mülki Məcəlləsi və  Mərkəzi Bankın  İdarə Heyətinin 04 fevral 2022-ci il tarixli 04/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması” Qaydası ilə tənzimlənir.

İkinci sualın birinci hissəsi olan “Quba -Xacmaz regionunda aparılan birləşdirmənin bu günə olan vəziyyəti barədə nə demək olar” sualına gəldikdə isə mətbuat katibi şifahi cavabından belə məlum olur ki, “proses davam edir.”

Müraciətmizə operativ reaksiya verdiyinə görə  qurum rəsmisinə təşəkkürümü bildirməyi özümə borc bilirəm. Ancaq  qurumun məsul vəzifə sahiblərindən xahiş edirəm, həyata keçirdikləri layihənin sürətini artırmaqla vətəndaş və bələdiyyələrə göstərilən xidmət səviyyəsini də artırmış olsunlar.

Belediyye.info 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur

Gündəlik Xəbərlər
02-02-2026
354

Qaradağın icra başçısı vəzifəsindən azad edildi

Gündəlik Xəbərlər
30-01-2026
520

Bu sözləri niyə onlar barəsində demək olmur? CİDDİ

Gündəlik Xəbərlər
28-01-2026
727

Nazirlik videoqəbul keçirib

Gündəlik Xəbərlər
26-01-2026
481

Sağlam təməl üzərində qazanılan böyük uğur

Gündəlik Xəbərlər
22-01-2026
808

“Onu bir aydan sonra vəzifəsindən çıxartmışam”

Gündəlik Xəbərlər
06-01-2026
846

JEK"lər ləğv edilməyək.....

Gündəlik Xəbərlər
05-01-2026
713

Söz versə də,...

Gündəlik Xəbərlər
30-12-2025
1141

Bu gün Prezidentin doğum günüdür

Gündəlik Xəbərlər
24-12-2025
1062