Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

28-03-2025 , 18:47

2876

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Bələdiyyələrin güclü olması təkcə onlardan  asılı deyil

 Bələdiyyə idarəçiliyi yalnız vergi yığıb yerində saymaqdan ibarət deyil. Bələdiyyə sədrləri daim işləməli, gecəsini gündüzünə qataraq, vətəndaşların problemlərinin həlli, yerli inkişafın sürətləndirilməsi və dövlətin müəyyən etdiyi siyasətə dəstək verməklə məşğul olmalıdırlar. Əgər bələdiyyələr öz üzərinə düşən vəzifələri yerinə yetirməsə, onların idarəetmədə rolu zamanla zəifləyər və müəyyən qrupların maraqlarına xidmət edən quruma çevrilər.

Bələdiyyələrin güclü olması təkcə onların öz fəaliyyətlərindən asılı deyil. Rayonun icra strukturları, dövlət qurumları və bələdiyyələr birgə işləməlidir. İcra hakimiyyəti ilə bələdiyyələrin qarşılıqlı əlaqəsi gücləndirilməli, bu qurumlar eyni məqsəd uğrunda çalışmalıdır. Bələdiyyələr icra hakimiyyətinin yanında yer almalı, rayonun inkişafına yönəlmiş iclas və qərarlarda aktiv iştirak etməlidir. Yalnız bu halda, bələdiyyələr real söz sahibi ola bilər və onların nüfuzu artar..

Bələdiyyələr həm xalqın istəyini dövlət qurumlarına çatdırmalı, həm də dövlətin siyasətini yerli səviyyədə dəstəkləyərək onun icrasına töhfə verməlidir. Bu, həm dövlətin etimadını qazanmağa, həm də xalqın gözündə bələdiyyələri güclü bir qurum kimi görməyə imkan yaradar.

Rayonun inkişafı üçün bələdiyyə, icra hakimiyyəti və digər dövlət qurumları bir masa ətrafında birləşməli, planlı şəkildə və qarşılıqlı əməkdaşlıq əsasında fəaliyyət göstərməlidir. Yalnız bu halda bələdiyyələr gələcək nəsillərə güclü bir idarəetmə sistemi miras qoyacaq və rayonun inkişafında mühüm rol oynayacaq.

Tərlan İsmayılov

İsmayılli bələdiyyəsinin üzvü 

Rəylər

3 Rəy

Tural Orucov

28-03-2025, 1 il əvvəl

Bəli, bələdiyyələrin güclü olması təkcə onların özündən asılı deyil. Güclü bələdiyyələr üçün bir neçə əsas faktor lazımdır: 1. Hüquqi və institusional baza – Bələdiyyələrin səlahiyyətləri geniş və dəqiq müəyyən olunmalıdır. Əgər onların qərarvermə imkanları məhduddursa və ya dövlət qurumları ilə səlahiyyət toqquşmaları yaranırsa, bu, bələdiyyələrin güclənməsinə mane olur. 2. Maliyyə müstəqilliyi – Bələdiyyələrin yerli vergilər və rüsumlardan kifayət qədər gəlir əldə etməsi vacibdir. Əgər onların maliyyə resursları zəifdirsə və yalnız dövlət dotasiyalarından asılıdırsa, inkişaf etmələri çətinləşir. 3. Cəmiyyətin iştirakı – Bələdiyyələrin güclü olması üçün yerli əhali onlara etibar etməli və fəal iştirak etməlidir. Əgər vətəndaşlar bələdiyyələrin fəaliyyətinə biganə qalırsa və ya onları qeyri-effektiv hesab edirsə, bu institutlar güclənə bilmir. 4. Dövlətin münasibəti – Mərkəzi hakimiyyət bələdiyyələrin fəaliyyətinə mane olmamalı, əksinə, onların inkişafını dəstəkləməlidir. Əgər dövlət yerli idarəetməni formal şəkildə saxlayır və bələdiyyələrin səlahiyyətlərini məhdudlaşdırırsa, onlar real güc sahibi ola bilməzlər. 5. Şəffaflıq və hesabatlılıq – Əgər bələdiyyələr korrupsiya hallarına yol verirsə, vəsaitləri qeyri-şəffaf xərcləyirsə, onların effektivliyi azalır və əhali arasında inam itir.

Cavabla

Zaur Cəfərov

28-03-2025, 1 il əvvəl

Olkenin bele savadli kadrlara ehtiyaci var,

Cavabla

Şahlar İbişov

30-03-2025, 1 il əvvəl

Tərlan abinin yazısı bomba kimiydi! Bələdiyyələrə deyir ki, oturub vergi saymaqla iş bitmir, çıxın ortaya, dövlətlə birləşib bir şeylər edin! İcmanı da qatın işə, hamı görsün nə olur. Belə şeylərə bayılıram, düzü, gərək hamı oxuyub düşünsün.

Cavabla

Rəy yaz

Oxşar xəbərlər

Deputatların bələdiyyələrə münasibəti

Gündəlik Xəbərlər
14-02-2026
861

Keçən il 43 bələdiyyə sədri məsuliyyətə cəlb edilib

Gündəlik Xəbərlər
09-02-2026
722

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026
675

Azərbaycanda nə qədər qadın bələdiyyə üzvü var?


Gündəlik Xəbərlər
09-02-2026
546

Suleyman Mikayılovu bu şəxs əvəz edəcək

Gündəlik Xəbərlər
02-02-2026
739

2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur

Gündəlik Xəbərlər
02-02-2026
560

Qaradağın icra başçısı vəzifəsindən azad edildi

Gündəlik Xəbərlər
30-01-2026
759

Bu sözləri niyə onlar barəsində demək olmur? CİDDİ

Gündəlik Xəbərlər
28-01-2026
950

Nazirlik videoqəbul keçirib

Gündəlik Xəbərlər
26-01-2026
634

Sağlam təməl üzərində qazanılan böyük uğur

Gündəlik Xəbərlər
22-01-2026
1036