Gəncə şəhəri Nizami bələdiyyəsi hesabat verdi
Bu gün Gəncə şəhəri Nizami bələdiyyəsi 2025-ci ildəki fəaliyyəti barədə ictimaiyyətə illik hesabatını təqdim edib. Şəhərin mərkəzində olan Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra iclasda bələdiyyə üzv və qulluqçuları, rayon ağsaqqaları və ziyalıları, məhəllə komitələrinin üzvləri iştirak ediblər.
Bu barədə məlumat Nizami bələdiyyəsindən daxil olub.
Hesabat məruzəsi ilə bələdiyyənin sədri Qoşqar Məmmədov çıxış edib. O, bələdiyyənin ötən bir il ərzində gördüyü işlər haqqında - yerli büdcənin gəlir və xərclərindən, keçirilən mədəni-kütləvi və idman tədbirlərindən, aparılmış abadlıq işlərindən, sosial layihələrdən geniş məlumat verməklə, qarşıda duran vəzifələrdən danışıb.
Sədr qeyd edib ki, cari ildə bələdiyyənin əsas məqsədi büdcə daxilolmalarının həcmini 700 min manata çatdırmaqdır.
Sədr
ümid etdiyini bildirib ki, Gənçə ŞİH-in və bələdiyyənin üzv və qulluqçularının
dəstəyi ilə bu hədəfə çatacağıq.
Sədr
müavini Elmir Hüseynov, sosial məsələlər üzrə daimi komissiyasının sədri Fariz
Məmmədov, bələdiyyə üzvü Emil Tağıyev və vergilər şöbəsinin müdiri Akif Əliyev məruzə
ətrafında çıxış edərək bələdiyyənin
illik fəaliyyətinə münasibətlərini bildirməklə
öz təklif və tövsiyələrini qeyd ediblər.
Toplantı iştirakçılarının təklifi ilə Nizami bələdiyyəsinin 2025-ci ildəki fəaliyyəti qənaətbəxş hesab edilib.
Rəylər
0 Rəy