Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

24-08-2025 , 19:46

1348

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Rauf Məhərrəmov: “Vətəndaş məmnunluğunun təmin edilməsini bələdiyyənin əsas vəzifəsi hesab edirik”


“Bələdiyyə olaraq bu gün seçicilərin arasında olmaq, onların üzləşdiyi problemlərin həlli ilə məşğul olmaq, həmçinin irəli sürülən təklifləri iclasda müzakirəyə çıxarmağı əsas vəzifəmiz  hesab edirəm” – bu fikirləri Ağdam rayonu Quzanlı bələdiyyəsinin sədri Rauf Məhərrəmov deyib.

Sədrin sözlərinə görə, bu gün bələdiyyə tərəfindən həyata keçirilən layihələrin mütləq əksəriyyəti məhz   sakinlər tərəfindən qaldırılan məsələlərdir.

Vətəndaş məmnunluğunun təmin edilməsini bələdiyyənin əsas vəzifəsi hesab edirik.

“Yaz mövsümündən başlayaraq  qəsəbənin sanitar təmizlik səviyyəsinin daha da yüksəldilməsi daim bələdiyyənin diqqət mərkəzində saxlanılır. Bu məqsədlə mütəmadi olaraq qəsəbə  ərazisində  genişmiqyaslı təmizlik işləri aparılır.” – bu fikirləri də adıçəkilən bələdiyyənin sədri Rauf Məhərrəmov deyib.

Sədr qeyd edib ki, məhəllədaxili və ara yollarda  təmizlik işləri ilə yanaşı, həm də su ötürücülərinin yenilənməsi aparılmaqdadır.  Bələdiyyə qulluqçuları, qəsəbə sakinlərinin və könüllülərin iştirak ilə həyata keçirilən təmizlik işlərində  küçə və prospektlərin səki kənarlarının, bordyurların alaq otlarından, sahibsiz  zibil tullantılarından təmizlənir.

Bununla yanaşı Ağdam RİH-in təşəbbüsü ilə qəsəbənin “ferma yolu” deyilən ərazidə illər öncə yaranmış zibil poliqonu bələdiyyənin təşkilatıçılığı ilə ləğv edilmiş və hazırda ərazi daim nəzarətdə saxlanılır.

Sədr əlavə edib ki, illər öncə zibil tullantıları ilə qalaqlanmış bu ərazi qəsəbə əhalisinə daim ciddi problem yaratmaqla gediş gəlişə də çətinlik yaradırdı. Odur ki, bələdiyyə belə ağır bir işin altında girərək 300 kv.m dən artıq ərazi artıq təmizlənmişdir.

Bununla yanaşı bir çox  küçələrə çınqıl tökülərək yayılmışdır.

Bələdiyyə olaraq bundan sonra maliyyə imkanları daxilində  ilin sonunadək daha  bir neçə layihənin icrası nəzərdə tutulur. 

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər