Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

01-11-2025 , 17:01

1189

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

 Günel Ağayeva: “`Həyata keçirdiyimiz layihələrdə hər zaman Qəbələ RİH-in dəstəyini hiss edirik”

“Bələdiyyə olaraq əsas vəzifəmiz xalqa xidmət etmək  olmalıdır. Bir tərəfdən bələdiyyənin rəsmiləri, digər tərəfdən bələdiyyənin vergi xidmətinin əməkdaşları gündəlik olaraq sakinlərlə görüşlər keçirir, onların üzləşdiyi çətinlikləri aradan qaldırmaq üçün var gücü ilə çalışır” - bu fikirləri Belediyye.infoya Qəbələ rayonu, Nohurqışlaq bələdiyyəsinin sədri Günel Ağayeva deyib.

Sədin sözlərinə görə, bələdiyyəyə müraciət edən hər  bir kənd sakini bilir ki, onun probleminin həlli istiqamətində işlər görüləcəkdir. Bələdiyyə sədri olaraq hər hansı konkert qəbul saatı müəyyən etməmişik. Bələdiyyə gələn hər bir sakin anındaca qarşılanır və dinlənilir.

Mütəmadi olaraq qəbulda olan şəhid, qazi ailisinin üzvlərinin problemləri dinlənilmiş və həlli ilə bağlı müvafiq addım atılır.

Son günlərdə sədrin qəbulunda qazi Bəhram Nuruyevə  200 manat həcmində maddi yardım göstərilmiş, Mövlam Əhmədova və Zəfər Əmrahova hər birinə  maddi vəziyyəti ilə bağlı 150 manat həcmində maddi yardım göstərilmişdir. 

Bununla yanaşı kənd sakini Mehriban Qafarlının faciəli ölümü ilə əlaqədar ailəsinə 500 manat həcmində maddı yardım göstərilmişdir.

Bu il həmçinin kənd sakini Naribə Abbasovaya bələdiyyə tərəfindən qış tədarükü üçün 4 kub quru  odun payı göndərilmişdir. Xanım N.Abbasova bununla bağlı bələdiyyəyə öz təşəkkürünü bildirib.

Bələdiyyə iclasının qərarı ilə Nohurqışlaq və Tüntül  qəbirstanlığında abadlıq təmizlik işləri də həyata keçirilıməsi də görülən işlər sırasındadır.

Sədr bununla yanaşı qeyd edib ki, müraciət edən vətəndaşların torpaq vergisi, habelə, su və digər problemlərin həlli ilə bağlı bələdiyyə tərəfindən  addımlar atılır.

Hər daim  Qəbələ RİH-in dəstəyini hiss etdiklərini qeyd edən sədr Belediyye.infoya  bildirib ki, bu gün Nohurqışlaq bələdiyyəsinin əsas vəzifəsi bələdiyyə ərazisində vətəndaş məmnunluğunun təmin edilməsidir.

Belediyye.info



Rəylər

1 Rəy

Sevil

01-11-2025, 1 ay əvvəl

👏👏

Cavabla

Rəy yaz

Oxşar xəbərlər