“Bələdiyyə olaraq əsas vəzifəmiz xalqa xidmət etmək olmalıdır. Bir tərəfdən bələdiyyənin rəsmiləri,
digər tərəfdən bələdiyyənin vergi xidmətinin əməkdaşları gündəlik olaraq sakinlərlə
görüşlər keçirir, onların üzləşdiyi çətinlikləri aradan qaldırmaq üçün var gücü ilə çalışır” - bu
fikirləri Belediyye.infoya Qəbələ rayonu, Nohurqışlaq bələdiyyəsinin sədri
Günel Ağayeva deyib.
Sədin sözlərinə görə, bələdiyyəyə müraciət edən hər bir kənd sakini bilir ki, onun probleminin həlli
istiqamətində işlər görüləcəkdir. Bələdiyyə sədri olaraq hər hansı konkert qəbul saatı
müəyyən etməmişik. Bələdiyyə gələn hər bir sakin anındaca qarşılanır və dinlənilir.
Mütəmadi olaraq qəbulda olan şəhid, qazi ailisinin üzvlərinin problemləri dinlənilmiş
və həlli ilə bağlı müvafiq addım atılır.
Son günlərdə
sədrin qəbulunda qazi Bəhram Nuruyevə
200 manat həcmində maddi yardım göstərilmiş, Mövlam Əhmədova və Zəfər
Əmrahova hər birinə maddi vəziyyəti ilə
bağlı 150 manat həcmində maddi yardım göstərilmişdir.
Bununla yanaşı kənd sakini Mehriban Qafarlının faciəli ölümü ilə əlaqədar
ailəsinə 500 manat həcmində maddı yardım göstərilmişdir.
Bu il həmçinin
kənd sakini Naribə Abbasovaya bələdiyyə tərəfindən qış tədarükü üçün 4
kub quru odun payı göndərilmişdir. Xanım
N.Abbasova bununla bağlı bələdiyyəyə öz təşəkkürünü bildirib.
Bələdiyyə iclasının qərarı ilə Nohurqışlaq və Tüntül qəbirstanlığında abadlıq təmizlik işləri də həyata
keçirilıməsi də görülən
işlər sırasındadır.
Sədr bununla yanaşı qeyd edib ki, müraciət edən vətəndaşların
torpaq vergisi, habelə, su və digər problemlərin həlli ilə bağlı bələdiyyə tərəfindən addımlar atılır.
Hər daim Qəbələ
RİH-in dəstəyini hiss etdiklərini qeyd edən sədr Belediyye.infoya bildirib ki, bu gün Nohurqışlaq bələdiyyəsinin
əsas vəzifəsi bələdiyyə ərazisində vətəndaş məmnunluğunun təmin edilməsidir.
Belediyye.info
Rəylər
1 Rəy
Sevil
01-11-2025, 1 ay əvvəl
👏👏
Cavabla