Bəhruz Abbasov: “Əhali bələdiyyənin əldə etdiyi maliyyə vəsaitinin hara xərclədiyini gördükcə bu qurumlara etimadı artır”
“Bələdiyyələrin nüfuzunun artması üçün əsas addım: şəffaflıq və yerli əhali ilə birbaşa əməkdaşlıq olmalıdır”- bu fikirləri Belediyye.infoya Şəmkir rayonu, Aşağı Seyfəli bələdiyyəsinin sədri Bəhruz Abbasov deyib. Xatırladaq ki, Bəhruz Abbasov həm də Azərbaycan Kənd Bələdiyyələri Milli Assosiasiyasının sədridir.
Sədr
daha sonra qeyd edib ki, bələdiyyələrin əhali arasında çəki və nüfuz
qazanmasının ən təsirli yolu şəffaf büdcə sistemi və yerli sakinlərlə aktiv əlaqələrin
qurulmasıdır. Bu baxımdan şəffaf büdcə sistemini misal göstərmək olar. Əhali bələdiyyənin
əldə etdiyi maliyyə vəsaitini hara xərclədiyini gördükcə bu qurumlara etimadı artır.
Sədr
qeyd edib: “Eyni zamanda bildirim ki, gəlir-xərc məlumatlarının açıq dərc edilməsi,
tender və torpaq qərarlarının ictimaiyyətə təqdim olunması və onlayn “Açıq Büdcə”
platformasının yaradılması əhalidə şübhələri azaldaraq bələdiyyənin nüfuzunun
yüksəlməsinə səbəb olur.
Bələdiyyənin
nüfuzunu artıran ikinci əsas istiqamət əhali ilə birbaşa təmas və onları
narahat edən məsələlərə operativ şəkildə cavab verilməsidir. Buna misal olaraq kənd və
məhəllələrdə mütəmadi görüşlər, iclaslar keçirmək, seçicilərin təkliflərini toplayıb real layihələrə çevirmək,
kiçik yerli problemləri (işıq, yol, su, abadlıq) operativ həll etmək, gənclər və
könüllüləri ictimai layihələrə cəlb etməklə bələdiyyənin əhali arasında
nüfuzunun artmasına səbəb olacaqdır. Belə olan halda əhali bələdiyyəni
uzaq struktur yox, öz idarəçisi kimi görməyə başlayır.
Bizim
də bir bələdiyyə olaraq əsas fəaliyyətimiz
məhz məqamlara söykənir.
Belediyye.info
Rəylər
0 Rəy