Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

06-12-2025 , 11:53

1181

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Bəhruz Abbasov: “Əhali bələdiyyənin əldə etdiyi maliyyə vəsaitinin hara xərclədiyini gördükcə bu qurumlara  etimadı artır”

 

“Bələdiyyələrin nüfuzunun artması üçün əsas addım: şəffaflıq və yerli əhali ilə birbaşa əməkdaşlıq olmalıdır”- bu fikirləri Belediyye.infoya Şəmkir rayonu, Aşağı Seyfəli bələdiyyəsinin sədri Bəhruz Abbasov deyib. Xatırladaq ki, Bəhruz Abbasov həm də Azərbaycan Kənd Bələdiyyələri Milli Assosiasiyasının sədridir.

Sədr daha sonra qeyd edib ki, bələdiyyələrin əhali arasında çəki və nüfuz qazanmasının ən təsirli yolu şəffaf büdcə sistemi və yerli sakinlərlə aktiv əlaqələrin qurulmasıdır. Bu baxımdan şəffaf büdcə sistemini misal göstərmək olar. Əhali bələdiyyənin əldə etdiyi maliyyə vəsaitini hara xərclədiyini gördükcə bu qurumlara  etimadı artır.

Sədr qeyd edib: “Eyni zamanda bildirim ki, gəlir-xərc məlumatlarının açıq dərc edilməsi, tender və torpaq qərarlarının ictimaiyyətə təqdim olunması və onlayn “Açıq Büdcə” platformasının yaradılması əhalidə şübhələri azaldaraq bələdiyyənin nüfuzunun yüksəlməsinə səbəb olur.

Bələdiyyənin nüfuzunu artıran ikinci əsas istiqamət əhali ilə birbaşa təmas və onları narahat edən məsələlərə operativ şəkildə  cavab verilməsidir. Buna misal olaraq kənd və məhəllələrdə mütəmadi görüşlər, iclaslar keçirmək, seçicilərin  təkliflərini toplayıb real layihələrə çevirmək, kiçik yerli problemləri (işıq, yol, su, abadlıq) operativ həll etmək, gənclər və könüllüləri ictimai layihələrə cəlb etməklə bələdiyyənin əhali arasında nüfuzunun artmasına səbəb olacaqdır. Belə olan halda əhali bələdiyyəni uzaq struktur yox, öz idarəçisi kimi görməyə başlayır.

Bizim də bir bələdiyyə olaraq  əsas fəaliyyətimiz məhz məqamlara söykənir.

Belediyye.info 

Rəylər

0 Rəy


Rəy yaz