Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

11-12-2025 , 00:51

802

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Tədbir Şabran  bələdiyyəsinin təşkilatçılığı ilə keçirilib

10 dekabr 2025-ci il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi  Şabran rayon Heydər Əliyev Mərkəzində “Ürəklərdə əbədiləşən şəxsiyyət” adlı tədbir keçirilib.

Tədbir Şabran rayon Heydər Əliyev Mərkəzi və Şabran rayon Bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçirilib.

İlk öncə Ulu Öndərin büstü qarşısına gül dəstələri düzülüb. Anım günü ilə əlaqədar keçirilən tədbirdə Şabran rayon İcra Hakimiyyətinin nümayəndəsi, Yeni Azərbaycan Partiyası Şabran rayon Təşkilatının əməkdaşı, Şabran rayon Bələdiyyəsinin sədri ,Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Şabran rayon üzrə nümayəndəsi, Şəhid ailəsi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının dekanı-tarix üzrə fəlsəfə doktoru, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayon Sektorunun əməkdaşları  iştirak edib.Çıxışlardan öncə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbirdə çıxış edən qonaqlar qeyd ediblər ki, dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanda milli ideologiyanın, azərbaycançılıq məfkurəsinin yaradılmasının banisi olub. Uca Tanrı hər zaman Azərbaycan xalqını ən çətin və ağır günlərdən qurtarmaq üçün Heydər Əliyevi xilaskar kimi seçib.

1969-cu ilə qədər Azərbaycan Respublikası Sovet İttifaqının respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə idi. Ulu öndər Sovet Azərbaycanına rəhbər təyin edildikdən sonra respublikada sənaye, kənd təsərrüfatı sürətlə inkişaf etməyə başladı,  çətin sosial vəziyyətdə yaşayan azərbaycanlıların həyat səviyyəsi, rifahı yüksəldi. Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətinə və xalqına göstərdiyi misilsiz xidmətlər ölçüyə gəlməzdir. Əsrlər ötəcək Azərbaycan dövləti əbədi yaşayacaq və xalqımız ulu öndər Heydər Əliyevi yad edəcək və xatirəsini hər zaman uca tutacaq. Sonda Ulu Öndərin büstü qarşısında xatirə şəkli çəkilib.

Şabran bələdiyyəsi


Rəylər

0 Rəy


Rəy yaz